Moskva: kütləvi şənliklər yeri yük maşınları ilə əhatəyə alınacaq

Yük maşınları Fotonun müəllifi RIA Novosti
Image caption Hakimiyyət yük maşınları ilə şəhərin iri yol kəsişmələrini nəzarət altına almaq istəyir.

Moskva polisi Yeni il bayramı günlərində paytaxtda kütləvi şənliklər olan əraziləri yük maşınları ilə mühasirəyə alacaq.

Bu barədə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Xidmətinin Moskva idarəsinin rəisi Viktor Kovalenko məlumat verib.

"Biz dünyada baş verən hadisələri ğörürürk və anlayırıq. O cümlədən ağır yüklü nəqliyyatdan da necə istifadə edidiyinin şahidiyik. Ona görə də hər şeyi əvvəlcədən nəzərə almaq lazımdır. Bizim fikrimizcə, təhlükəsizlik tam təmin olunmalıdır "- deyə Kovalenko vurğulayıb.

O həmçinin əlavə edib ki, şəhərə giriş zamanı nəqliyyat vasitələrində silahın və ya qadağan olunmuş əşyaların olub-olmamsı istiqamətində ilkin yoxlamalar keçiriləcək.

Dekabrın 19-da Almaniyanın Berlin şəhərində oğurlanmış yük avtomobili Yeni İl yarmarkasına gələn kütləyə çarpılıb. Nəticədə 12 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti özünü İslam Dovləti (İD) adlandıran qruplaşma öz üzərinə götürüb.

Bu ilin iyulun 14-də isə yük avtomobilinin Nitsa sahilində toplaşan insan izdihamına çarpılması nəticəsində 86 nəfər həlak olub, 400 nəfər yaralanıb.

Bu hadisəyə görə də məsuliyyəti İD öz üzərinə götürmüşdü.