Moskva ətrafında 30 mindən çox saxta araq şüşəsi aşkarlanıb

içki Fotonun müəllifi Rosalcoholregulirovanie

Moskva ətrafında yerləşən Ximki rayonunda 30 mindən artıq saxta araq şüşəsi aşkarlanıb. Bu barədə məlumatı Rusiyanın Spirtli İçkilərə Nəzarət Xidməti yayıb.

"Yoxlama zamanı Ximkinin 3-cü Şimal keçidində qeyri-qanuni, xüsusi saxta federal markalarla bəzədilmiş spirtli içkilərin saxlanılması faktı ortaya cıxıb və nəticədə müxtəlif adda 30 mindən çox araq şüşəsi aşkarlanıb ", - deyə Spirtli İçkilərə Nəzarət Xidmətinin məlumatında deyilir.

30 min şüşə kücədə dayanan 5 avtomobilə yüklənib. Faktla bağlı təhqiqat başlanıb. Nəqliyyat və içkilər təhqiqat üçün nəzərdə tutulan əraziyə göndərilib.

Spirtli İçkilərə Nəzarət Xidmətinin Daxili İşlər Nazirliyi ilə birgə kecirdiyi reyd nəticəsində Yekaterinburqda da qeyri-qanuni spirtli içkilərin hazırlandığı gizli sex aşkarlanıb.

"11 mindən çox saxta araq şüşəsi, 7 min litr tərkibində spirt olan maye və 3 mindən artıq saxta federal markalar aşkarlanıb ", -deyə məlumatda bildirilir.

Rusiyada spirt tərkibli məhsulların istehsalına və dövriyyəsinə dair yoxlamalar İrkutsk vilayətində vanna qəbul etmək üçün istifadə edilən "Boyarışnik" məhsulundan kütləvi zəhərlənmə hadisəsindən sonra başlanıb.

İrkutsk vilayətinin səhiyyə xidmətinin məlumatına görə, artıq "Boyarışnik"dən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb. Kütləvi zəhərlənmə hadisəsi ötən bazar İrkutsk vilayətinin mikrorayonlarından birində qeydə alınıb.

"Boyarışnik" in tərkibində metanol məhsulu olub və bundan cüzi istifadə belə ölümə səbəb ola bilər.

Ölkədə insanların geydirmə ickilər içdiyinə görə "milçək kimi" öldüyünü deyən Rusiya prezidenti nəticədə kosmetika bahalaşsa belə spirt tərkibli məhsullara qoyulan aksizin qaldırılmasının vacibliyini bəyan edib.

"Bu flakonların 3 qəpiyə satılmaması üçün spirt tərkibli məhsullara aksizi qaldırmaq lazımdır. Eybi yoxdur qoy kosmetika bahalaşsın, amma insanların həyatl daha vacibdir".

Yeni il qabağı Dövlət Duması və Federasiya Şurası rəhbərləri ilə görüşən Rusiya prezidenti belə deyib.