Putin: "Dağıdıcı qüvvələr Türkiyə dövlətinə dərindən sızıb"

Vladimir Putin Fotonun müəllifi AP
Image caption Bu mətbuat konfransı ötən günə nəzərdə tutulsa da, səfirin dəfn mərasimi ilə əlaqədar bugünə keçirilib.

Rusiya prezidenti Vladimir Putin bu ilki ənənəvi mətbuat konfransında bildirib ki, 2015-ci ildə rus təyyarəsinin Türkiyə prezidentinin bilgisi olmadan vurulması barədə şübhələri olsa da, səfirin qətlindən sonra onun fikirləri dəyişib.

Vladimir Putin "mənə hər şey mümkün kimi görünür" deyib və əlavə edib ki, dağıdıcı qüvvələrin Türkiyə ordusu da daxil olmaqla dövlət quruculuğunun içinə "dərin" sızdığı görünür.

Putin səfir Karlovun çevik qüvvə polisi Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsinin "dağıdıcı qüvvələrin sızmasının" bir təzahürü olduğunu söyləyib.

Bu mətbuat konfransı ötən günə nəzərdə tutulsa da, səfirin dəfn mərasimi ilə əlaqədar bugünə keçirilib.

Fotonun müəllifi AP

Karlovun sui-qəsdinin Türkiyə və Rusiya münasibətlərinə zərər vermək məqsədi daşıdığını bildirən Rusiya lideri bunun mümkün olmayacağını söyləyib.

Bazar ertəsi Rusiyanın Ankaradakı səfiri Andrey Karlov rəsm sərgisinin açılış tədbirində güllələnib. O cümə axşamı günü Rusiyada dəfn edilib.

Prezident Recep Tayyip Erdoğan səfiri öldürmüş 24 yaşlı Altıntaşın Fethullah Gülen təşkilatı ilə əlaqəli olduğunu bildirib.

Suriya və ABŞ barədə

Cənab Putin yerli və xarici 1400 jurnalistin qatıldığı mətbuat konfransında Suriyaya dair bildirib ki, Türkiyə, İran və Suriya prezidenti Bəşər Əsəd gələn ay Astanada görüş keçirəcək.

ABŞ-la bağlı o bildirib ki, Trump və onun komandasının timsalında ABŞ-la "konstruktiv münasibətlər" qurmaq istəyir.

Əlaqəli mövzular