Rosneft hasilatın "dəyişkən həcmlərinə" keçməyi planlaşdırır

Neft qurğusu Fotonun müəllifi Getty Images

Rusiyanın ən böyük neft şirkəti Rosneft bildirib ki, gələn ildən hasilatın "dəyişkən həcmlərinə" keçməyi planlaşdırır.

Bütün Rusiya neftinin 40 faizini verən şirklət bu barədə qərarı dekabrın 24-də qəbul edib.

Bundan əvvəl OPEC-lə neft qiymətlərinin sabitləşdirilməsinə dair razılaşmaya əsasən, Rusiya neft hasilatını əvvəlcə günə 200 min, daha sonra isə 300 min barrel azaltmağı vəd edib, Reuters agentliyi bildirir.

Maraqlıdır ki, Rosneftin 2017-2018-ci illərdə hasilatın azaldılması yox, "həcmlərin dəyişkənliyi" barədə də qərarında OPEC-lə razılaşma məsələsinə toxunulmur və OPEC-in adı çəkilmir.

Ekspertlər xatırladırlar ki, OPEC-lə razılaşmadan əvvəl Rusiya 300 min barreli "texniki imkanlar olarsa" azaldacığını bildirmişdi.

İstehsal azalacaqmı?

Bəzi təhlilçilərin fikrincə, bununla da Rusiya "lazım gələrsə" hasilatın köhnə həcmlərinə qayıtmaq variantını açıq saxlayır.

Bu da maraqlıdır ki, Rosneft-in qərarı barədə məlumatı verən sözçü, OPEC-lə razılaşma barədə suala cavab verməkdən imtina edib.

Rusiya OPEC-lə razılaşmaya görə hasilatı yeni ilin ilk rübündə 200 min barrel azaltmağı vəd edib.

Ölkənin neft hasilatı ötən oktyabrda rekord 11 milyon 247 min barrelə çatıb.

Bu arada verilən başqa xəbərlərə görə Rusiyanın neft hasilatının həcmlərində hələlik heç bir dəyişiklik baş verməyib.

Qiymətlər

Neftin qiymətində də ciddi dəyişiklik yoxdur.

Üstəlik Rusiya, yeri gəlmişkən Azərbaycan da hazırda nefti güzəştli qiymətlərlə satırlar.

Milad öncəsi neft ticarətinin intensivliyi bir qədər azalıb.

Azərbaycan neftinin qiymətləri ötən həftə kəskin düşüb, Reuters agentliyinin təhlilində deyilir.

Bu da xəbər verilir ki, Azərbaycan Ceyhan və Supsadan neft satışı üçün alıcı tapmaqda çətinlik çəkir.

Əlaqəli mövzular

Bu barədə daha geniş