Bufet rəhbəri Erdoğan-ı "təhqir etdiyinə görə" saxlanılıb

Recep Tayyip Erdoğan Fotonun müəllifi Reuters
Image caption Prezidenti təhqir edən dörd il müddətinə həbs oluna bilər

Türkiyənin müxalifət qəzetində bufet rəhbəri çalışan şəxs prezident Recep Tayyip Erdoğan-a çay xidmət etməkdən imtina edəcəyini dediyi üçün saxlanılıb.

Cumhuriyet qəzetinin ofisində bufet rəhbəri olan Şenol Buran prezidenti təhqir etməkdə ittiham edilib. O isə bu iddianı təkzib edib, vəkili bildirib.

Türkiyə bu ilin iyulunda baş tutmayan çevriliş ilə əlaqədar olaraq "yadfikirlilik" ilə mübarizə aparıb.

Cumhuriyet qəzetinin əməkdaşları saxlanılan və ya istefaya göndərilən on minlərlə insanın arasında olub.

Qəzet anti-Erdoğan xətti götürmüş az sayılı mətbu orqanlardan biridir.

Cənab Buran dekabrın 24-də işə gedərkən Cənab Erdoğan-ın nitqi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri çərçivəsində yolların bağlandığını görüb.

O, polis əməkdaşlarına bildirib: "Mən o insana bir fincan çay təqdim etməzdim."

Prezidenti təhqir edən dörd il müddətinə həbs oluna bilər.

Fotonun müəllifi Reuters
Image caption Cumhuriyet qəzeti anti-Erdoğan xətti götürmüş azsaylı mətbu orqanlardan biridir

Ötən ay Cumhuriyet qəzetinin 10 əməkdaşı kürd yaraqlılarına və ABŞ-da yaşayan Hizmət hərəkatının lideri Fətullah Gülən-ə dəstək verməkdə şübhəli bilinərək həbs olunub.

Türkiyə hakimiyyəti hesab edir ki, Fətullah Gülən baş tutmayan dövlət çevrilişinə cəhdi təşkil edib.

Bu ilin may ayında beş il müddətinə azadlıqdan məhrum edilmiş və daha sonra apellyasiya şikayətinə baxılanadək azad edilmiş Cumhuriyet qəzetinin baş redaktoru, Can Dündar Almaniyaya qaçıb.

Cənab Erdoğan-ın tənqidçiləri onu dövlət çevrilişi cəhdindən sonra söz azadlığını məhdudlaşdırmaqda günahlandırıb.

Prezidentin tərəfdarları isə onu iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan güclü lider kimi qiymətləndirirlər.

Bu barədə daha geniş