Rusiya: təyyarənin "qara qutu"su tədqiq edilir

Rusiya mediası qara qutunun açıldığını bildirib Fotonun müəllifi EVN
Image caption Rusiya mediası qara qutunun açıldığını bildirib

Qara dənizdə qəzaya uğrayan Rusiya hərbi təyyarəsinin birinci uçuş səs yazısı paytaxta aparılıb.

Tu-154 təyyarəsinin birinci "qara qutusu" bu səhər tapılıb.

Təyyarə Soçi yaxınlığında havaya qalxandan sonra qəzaya uğrayıb. Suriyadakı rus əsgərlərinə Yeni İl bayramı münasibətilə konsert vermək məqsədilə uçan Tu-154 təyyarəsinin göyərtəsində Aleksandrov Ansamblının 64 üzvü, 9 jurnalist, 8 əsgər, 2 dövlət qulluqçusu, bir QHT nümayəndəsi və 8 ekipaj üzvü olub.

Hadisə qurbanlarının meyitinin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Qeyri-rəsmi mənbənin çərşənbə axşamı verdiyi məlumata görə indiyə qədər 12 nəfərin meyiti tapılıb.

Təyyarə Soçidən Bakı vaxtilə 06.25-də uçuşa başladıqdan iki dəqiqə sonra radarlardan itib, müdafiə naziri deyib. Moskvadan qalxan təyyarə Soçinin Adler hava limanında benzin doldurulması üçün dayanmışdı.

Rusiya, Suriya prezidenti Bəşər əl-Əsədə müxalif olan üsyançı qruplara qarşı döyüşdə hökumət qüvvələrinə dəstək göstərərək havadan zərbələr endirir.

Həddindən artıq yükləmə?

Təyyarə yazısı olan qara qutu sahildən 1600 metr uzaqlıqda, 17 metr dərinliyində, uzaqdan idarə olunan qurğu vasitəsilə tapılıb, Rusiya müdafiə naziri Ria-Novosti xəbər agentliyinə deyib.

Axtarışa cəlb olunan və adı çəkilməyən digər bir mənbə isə Interfax xəbər agentliyinə deyib ki, qutu tapılaraq suyun üstünə çıxarılıb və "görünüşünə görə o yaxşı vəziyyətdədir".

Rusiyanın müdaifə naziri Sergey Şoyqu hadisəni "qorxulu faicə" adlandırıb və səbəblərin müəyyən edilməsi üçün hər şey ediləcəyini bildirib.

Fotonun müəllifi AFP
Image caption Onlarla Rusiya qayıqları dənizdə axtarışa cəlb olunub

Eyni mənbənin sözlərinə görə, ikinci qara qutunun da yeri müəyyən edilib və qısa müddət ərzində o da tapılacaq.

Qəzanın baş vermə səbəbləri ilə bağlı çox az ehtimallar irəli sürülsə də nəqliyyat maziri Maksim Sokolov bomba hücumu versiyasını qətiyyətlə rədd edib.

O təkrar edib ki, müstəntiqlər hadisənin pilotun səhvi ya da texniki problem səbəbindən yaranması versiyası üzərində araşdırma aparırlar.

İstintaq yaxın olan mənbə Interfax-a deyib ki, təyyarə həddindən artıq yüklənmiş ola bilər.

Aviasiya Təhlükəsizliyi üzrə Şəbəkədən verilən məlumata görə, təyyarə havaya qalxdıqdan az sonra sahil xəttinə tərəf yönəlib.

Amma təyyarə ilə hava nəqliyyatı nəzarətçiləri arasında son danışıq olduğu güman edilən, Rusiya mediasında paylaşılan audioyazıda təyyarənin hər hansı çətinliklə üzləşməsinə dair əlamətlər aşkar olunmayıb.

Təyyarə yoxa qədər səslər sakitdir və dispetçerlər sadəcə əlaqəni bərpa etməyə çalışıb.

Köhnə olduğundan Rusiyada hava yolları şirkətləri tərəfindən istifadə edilməyən Tupolev təyyarəsi hərbiyyədə istifadədə idi. O 33 ildir ki istismardaydı.

Bu barədə daha geniş