Moskva ilə Ankara Suriyada "atəşkəs planını razılaşdırıblar"

Hələb Fotonun müəllifi EPA
Image caption Rusiya tərəfindən dəstəklənən Suriya ordusu 22 dekabrda Hələbin tam nəzarət altına alıb

Тürkiyənin Anadolu agentliyi Suriyada atəşkəs barədə Moskva ilə Ankara arasında razılaşmanın əldə olunduğunu bildirir.

Plana əsasən 29 dekabr gecəyarıdan etibarən Suriya ərazisində süküt rejimi qüvvəyə minməlidir.

Agentliyin məlumatına görə razılaşma kürd döyüşçü dəstələriylə "terrorçu tanınan" qruplara aid edilmir.

Atəşkəs planı Suriya hökuməti və üsyançılarla razılaşdırılmalıdır.

Beyrutdakı üsyançı mənbələrdən biri planın təfərrüatları ilə tanış olmadığını bildirib. AFP agentliyinə danışan mənbə razılaşmanın hələ ki, baş tutmadığını qeyd edib.

Moskva və Ankara xəbərə münasibət bildirməyib.

Atəşkəs razılalaşması baş tutarsa məsələnin siyasi tənzimləməsi Astanada danışıqlarda müzakirə ediləcək.

Qazaxıstanda keçiriləcək danışqıların günü təyin edilməyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Astana görüşünün hazırlıq mərhələsində olduğunu bildirib.

Sülh prosesində qarant rolu Rusiya ilə Türkiyəyə ayrılıb, Anadolu agentliyinin məlumatında qeyd olunur.

Bu barədə daha geniş