Rusiya rəsmiləri “New York Times”a dopinq sistemi haqqında danışıblar

İddia edilir ki, dopinq sistemi Soçi Olimpiadasına kimi formalaşmışdı. Fotonun müəllifi Getty Images
Image caption İddia edilir ki, dopinq sistemi Soçi Olimpiadasına kimi formalaşmışdı.

Rusiya rəsmiləri ilk dəfə ölkədə dopinq qəbul etmə sisteminin mövcud olduğunu etiraf edib, New York Times qəzeti yazır.

Jurnalistlər Moskvada Rusiya Anti-Dopinq Agentliyi (RUSADA) rəhbərinin vəzifəsini icra edən Anna Antselioviç də daxil olmaqla bır neçə rəsmidən müsahibə alıblar.

"Bu, institusional sövdləşmə idi", - Antselioviç bəyan edib.

Eyni zamanda o, yüksək vəzifəli hökumət rəsmilərinin həmin sövdələşməyə cəlb olunmadığını qeyd edib.

"Sabiq idman naziri və Olimpiya Komitəsinin prezidenti kimi, deyə bilərəm ki, çox səhvimiz olub", - New York Times jurnalistləri ilə söhbəti zamanı Rusiya Olimpiya Komitəsi Anti-Dopinq müstəqil ictimai təşkilatının rəhbəri Vitali Smirnov deyib.

O, prezident Putin tərəfindən Rusiyada anti-dopinq sistemi islahatına nəzarət etmək üçün təyin edilib.

Rusiya idmanında dopinq haqqında Ümumdünya Anti-Dopinq Agentliyi (WADA) üçün iki məruzə hazırlamış kanadalı hüquqşünas Richard McLaren New York Times qəzetinə deyib ki, Rusiya məmurları daha onun qənaətlərini mübahisə etmir. Onun fikrincə, beləliklə onlar [Rusiya rəsmiləri] bundan sonra keçirilə biləcək araşdırmadan qacınmağa çalışırlar.

McLaren-in məruzəsinin dekabrın 9-da dərc edilmiş ikinci hissəsində israr edilir ki, 1000-dən çox Rusiya idmançısı 2011-ci ildən bəri dopinq-sınaqlarla manipulyasiyalarda iştirak edib.

Daha əvvəl Rusiya rəsmiləri ölkədə dopinq qəbul etmə sisteminin mövcudluğunu inkar edirdi.

Soçi Olimpiadası və FTX

Moskva anti-dopinq laboratoriyasının sabiq rəhbəri Qriqori Rodçenkov may ayında New York Times-a verdiyi müsahibəsində 2014-cü il Soçi Olimpiadasında tətbiq edilən dopinqdən isitifadə etmə sistemi haqqında danışmışdı.

Sonradan Richard McLaren-in başçılıq etdiyi WADA müstəqil komissiyasının məruzəsində yer tapmış Rusiya xüsusi xidmətlərinin dopinq-testlərin dəyişməsində əli olması haqqında məlumatı da ilk dəfə məhz cənab Rodçenkov açıqlayıb.

McLaren-in qənaətləri Rusiya idmançılarının bir qisminin Rio-de-Janeyro Olimpiya Oyunlarında iştirak edə bilməməsinə səbəb olub.

Rusiya prezidenti Vladimir Putin dekabrın sonunda növbəti illik mətbuat-konfransında bəyan etmişdi ki, Rusiyada dövlət səviyyəsində dopinqə dəstək mövcud deyil, Rodçenkov isə, onun sözlərinə görə, "bura hər cür zir-zibil dayışırdı".

Qriqori Rodçenkova qarşı Rusiyada cinayət işi başlanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş