RUSADA: Dopinq barədə dediyimiz təhrif olunub

Soçidə anti-dopinq laboratoriyası Fotonun müəllifi AP
Image caption Rusiya rəsmiləri qalmaqala aidiyyatı olmadığını deyirlər.

New York Times qəzeti Rusiya Anti-Dopinq Agentliyinin (RUSADA) rəhbəri Anna Antselioviçin sözlərini təhrif edib, RUSADA bildirir.

Təşkilatın bəyanatı onu rəsmi saytında dərc olunub.

New York Times qəzetinin məqaləsində deyilirdi ki, Rusiya rəsmiləri ilk dəfə olaraq ölkədə dopinq qəbul etmə sisteminin mövcud olduğunu etiraf etmişdilər.

Qəzetin jurnalistləri Moskvada RUSADA rəhbərinin vəzifəsini icra edən Anna Antselioviç də daxil olmaqla bır neçə rəsmidən müsahibə alıb.

Məqalədə deyilir ki, Antselioviç dopinqin "institusional sövdləşmə" olduğunu etiraf edib.

Eyni zamanda o, yüksək vəzifəli hökumət rəsmilərinin həmin sövdələşməyə cəlb olunmadığını qeyd edib.

RUSADA bu sözlərin "kontekstdən çıxarıldığını və təhrif" olunduğunu bildirir.

Məqalədə deyilir ki, Antselioviç mövzu ilə bağlı hesabat hazırlayan kanadalı hüquqşünas Richard McLaren barədə qeydlər bölüşüb. O, deyib ki, McLaren 9 dekabrda dərc edilmiş hesabatda "dövlət dopinq sistemi" əvəzinə "institusional sövdələşmə" ifadəsini işlədib.

Antselioviçin qənaətinə görə, beləliklə o dopinq qalmaqalına ölkə rəhbərliyinin aidiyyatı olduğunu istisna edib.

Qurum bildirir ki, məqalə müəllifi Rebecca Ruiz bu sözləri kontekstdən çıxarıb.

Bunun nəticəsində isə belə bir təəsürat yaranır ki, RUSADA rəhbərliyi "dopinqin ört-basdır etməsi üzrə institusional sxemin" mövcud olduğu etiraf edir.

RUSADA-nın "bu faktı etiraf və yaxud inkar etmək səlahiyyəti yoxdur və ola da bilməz", Rusiya agentliyinin açıqlamasında deyilir.

Bu barədə daha geniş