Vladimir Putin Suriyada atəşkəsin əldə edildiyini bəyan edib

Vladimir Putin və Recep Tayyip Erdoğan Rusiya prezidentinin İstanbula səfəri ərəfəsində keçirilən mətbuat konfransı (10 oktyabr 2016) Fotonun müəllifi Getty Images
Image caption Vladimir Putin və Recep Tayyip Erdoğan Rusiya prezidentinin İstanbula səfəri ərəfəsində keçirilən mətbuat konfransı (10 oktyabr 2016)

Rusiya prezidenti Vladimir Putin deyib ki, Suriya hökuməti və qiyamçılar atəşkəs rejimi və sülh danışıqlarının başlanması barədə razılığa gəliblər.

Vladimir Putin razılığın əldə edildiyini Rusiyanın xarici və müdafiə nazirləri ilə görüşdə açıqlayıb.

Məlumata görə 30 dekabr gecəyarıdan etibarən Suriya ərazisində süküt rejimi qüvvəyə minməlidir.

Bir gədər əvvəl, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Türkiyə və Rusiyanın atəşkəs planına əsasən razılığın zəmanətçiləri olduqlarını deyib.

Hər iki ölkə 5 ildən artıq davam edən Suriya münaqişəsində əks tərəfləri dəstəkləyir.

Əvvəl ən-Nüsrə Cəbhəsi kimi tanınan Fəth əl-Şam Cəbhəsi və özünü İslam Dövləti adlandıran qruplaşma əldə edilən atəşkəs razılaşmasına daxil deyil.

Lakin xəbərlərə görə Dəməşq şəhəri yaxlınlığında qiyamçı qüvvələrin nəzarəti altında olan Şərqi Qutada da atəşkəs rejimi tətbiq olunacaq. Bu ərazinin razılaşmaya daxil olub-olmayacağı son anlaradək naməlum qalırdı.

Bu ayın əvvəli Moskva və Ankara Hələbə dair atəşkəs razılığı əldə ediblər. Nəticədə on minlərlə qiyamçı və dinc əhali hökumət qüvvələrinin mühasirəsi altında qalmış anklavlardan təxliyə edilib.

İl ərzində BMT və ABŞ-ın Rusiya ilə əldə etdikləri atəşkəs razılaşmalrı qısa müddət ərzində pozulub.

Bu barədə daha geniş