Qara dənizə düşən Tu-154-ün göyərtəsində "partlayış olmayıb"

Тu-154 Fotonun müəllifi AFP
Image caption Hakimiyyət qəzanın səbəblərilə bağlı araşdırma nəticələrinin yanvar sonunda hazır olacağın bildirir.

Soçidən Suriyadakı Hmeymim bazasına yollanarkən Qara dəniz üzərində qəzaya uğramış Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin göyərtəsində partlayış baş verməyib, "qara qutu"ların yazısının ilkin araşdırılmasından sonra Rusiya Müdafiə Nazirliyinin rəsmiləri bəyan edib.

Bununla belə, təxribat versiyası, əsas versiya kimi nəzərdən keçirilməsə də, tamamilə istisna olunmur.

"Birinci qara qutuda toplanan informasiyanı oxuduqdan sonra biz qənaətə gəldik ki, hər halda, partlayış [təyyarədə] olmayıb", - Moskvada mətbuat konfransı zamanı silahlı qüvvələri Aviasiyasının Təhlükəsiz Uçuşlar Xidmətinin rəisi Sergey Baynetov deyib.

Tu-154-ün faciəsi səbəblərinin rəsmi versiyası Qara dənizin dibindən çıxarılan hər iki qara qutunun yazdığı məlumat öyrənildikdən sonra elan ediləcək, həmin mətbuat konfransında Rusiyanınn nəqliyyat naziri Maksim Sokolov deyib.

Onun sözlərinə görə, texnikanın "bu ştatdankənar işinə" ekspertlər qiymət verməlidir.

Bunun üçün xüsusi texniki komissiya yaradılıb.

"Faciənin səbəblərinə dair son qənaətləri əsas parametrik məlumat toplayan və səsyazan qurğuların tam öyrənildikdən sonra açıqlanar", - deyə, cənab Sokolov əlavə edib ki, bu analiz təxminən 30 gün çəkər.

"Terror aktı versiyası rədd edilmir, lakin əsas versiya kimi də nəzərdən keçirilmir", - o qeyd edib.

Dekabrın 25-də qəzaya uğrayan təyyarədə 92 nəfər olub, o cümlədən, "Ədalətli yardım" fondunun başçısı Yelizaveta Qlinka, Rusiya mərkəzi televiziya kanallarının 9 əməkdaşı və Aleksandrov adına musiqi ansamblının artistləri.

Sağ qalanı olmayıb. Faciə ilə bağlı bazar ertəsi Rusiyada ümummilli matəm günü elan edilib.

Bu barədə daha geniş