Putin Ermənistanla vahid havadan müdafiə sistemini dəstəkləyib

Putin Fotonun müəllifi Getty Images
Image caption Vladimir Putinin 2013-cü ildə Rusiyanın Ermənistandakı Gümrü bazasına da baş çəkib. Həmin baza havadan müdafiə sisteminin tərkibi hissəsidir.

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş Regional Hava Hücumundan Müdafiə (HHM) Sistemi yaratmaq haqqında sazişi imzalayıb, Rusiya informasiya agentlikləri xəbər verir.

Moskvada 2015-ci il dekabrın 23-də imzalanmış sazişə əsasən, "MDB-yə üzv dövlətlərin birləşmiş hava hücumundan müdafiə sisteminin tərkib hissəsi kimi birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılması nəzərdə tutulur".

Məlumatda qeyd olunur ki, birləşmiş HHM sisteminin əsas vəzifəsi "Qafqaz təhlükəsizlik regionunun hava hücumundan müdafiəsini təşkil və hərbi növbətçilik etmək, hərbi idarəetmə sisteminə, eləcə də Birləşmiş Regional HHM Sistemi qüvvələrinin silah və hərbi texnikasını istifadə üçün daima hazır vəziyyətdə saxlanmasına dəstək olmaq, digər regional hava hücumundan müdafiə sistemi tərkibinə daxil olan qüvvələrlə qarşılıqlı əlaqələr yaratmaqdır".

Birləşmiş Regional HHM Sistemi qoşunları və digər HHM regional sistemlərin tərkibinə daxil olan qüvvələrin birgə hərəkətləri Rusiya Federasiyası Hava-Kosmik Qüvvələrinin baş komandanı tərəfindən əlaqələndiriləcək.

Ümumi rəhbərlik RF Cənub Dairəsi qoşunlarının komandanı tərəfindən icra ediləcək.

Bu barədə daha geniş