Belarus deyir ki, Şaxta baba vergi ödəməlidir…elə Qar qız da

Şaxta baba və qar qızı. Minsk, 2013 Fotonun müəllifi (VIKTOR DRACHEV/AFP/Getty Images)
Image caption Şaxta baba və qar qız

Xəbər verilir ki, Belarus xoşməramlı bayram mövsümünü Şaxta Babaya vergi tələbnaməsi göndərməklə qarşılayıb.

Beləliklə, şərqi Avropanın bir çox ölkələrində Ded moroz və Snequroçka kimi tanınan bu personajlar Vergi Nazirliyinin Yeni il ərəfəsində verdiyi məlumatına görə ev-ev gəzib pul qazanmaq istəyirlərsə, bütün qalan biznesmenlər kimi vergi ödəməli olacaqlar.

Vergi Nazirliyinin Qrodno və Qomel regional idarələrinin saytlarında çox şən və rəngarəng bir loqonun altında elə belədə yazılıb: "Şaxta baba və Qar qız vergilərini ödəməlidirlər".

Bu pis xəbərin içindəki "yaxşı xəbər" budur ki, Şaxta baba və Qar qızdan, başqa fərdi bizneslər kimi qeydiyyatdan keçmək, hesab açmaq və ya qəbz təqdim etmək tələb olunmur.

Buna baxmayaraq onlar regiondan asılı olaraq 35-50 dollarlarından keçməli olacaqlar.

Lakin Tut.by saytı yazır ki, bu pula qıymayanları beşqat məbləğdə cərimələr gözləyir.

Milad bayramının Qərbi Avropadan daha az əhəmiyyət daşıdığı Belarus, Ukrayna və Rusiyada Yeni il bayramında uşaqlar üçün uzun əbalı Şaxta babanı və qar zərrəcikləri ilə bəzənmmiş tac qoyan Qar qızı evə və restoranlara dəvət etmək ənənəsi geniş yayılıb.

Belarus Şaxta babasının bir əlavə səlahiyyəti də var: O ölkənin sərhəd keşikçilərinə Yeni ili içəri buraxmaq əmri verir. Belta xəbər agentliyi bildirir ki, sərhəd - Şaxta babanın rəsmi rezidensiyası yerləşən Belovej meşəsindən keçir.

Şaxta baba və qar qızın uşaqları şənləndirməkdən qazancı təkcə pul əskinasları yox, həm də valideynlərin qonaq etdikləri dadlı bayram yeməkləri və bol araq olur.

Bunlara isə vergi qoymaq o qədər də asan deyildir.