Reina hücumunda həyatını itirənlər kimlərdir?

reina anma Fotonun müəllifi AFP

İstanbulda Reina gecə klubunda 39 nəfər həyatını itirib və 60-dan çox insan yaralanıb.

Həyatını itirənlərdən 11-i Türkiyə, 25 nəfəri isə xarici vətəndaşlardır.

Nuranə Həsənova

Rusiya vətəndaşı olduğu deyilən azərbaycanlı Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndərilməlidir, Rusiyanın İstanbuldakı Baş konsulluğu APA-ya bildirib.

"Xarici vətəndaşların dəfn mərasimi xidmətləri ilə məşğul olan şirkət müvafiq sənədləri hazırlayacaq. Yerdə qalan sənədlər konsulluqda hazırlanacaq".

Kerim Aykıl

Kerim Aykıl cümə günü Yeni İl bayramı üçün sevgilisi ilə İstanbula gedib.

Belçikada yaşayan Aykıl-ın xatirəsinə yaşadığı Houthalen-Helchteren Bələdiyyəsi bayraqları yarıyadək endirib. Əslən Kayseridən olan Aykıl Maas Mechelen şəhərində atası ilə birgə restoran işlədirdi.

Abis Rizvi

Abis Rizvi Reinada Yeni İli qeyd edən iki hindistanlıdan biridir. Onun ölüm xəbərini Hindistanın xarici işlər naziri Suşma Swaraj Twitter-də verib.

Image caption Abis Rizvi

Rizvi, Mumbayda yerləşən inşaat şirkətinin rəhbəri, film rejissoru və direktoru idi. O həmçinin Bombey Kriket Birliyinin üzvü idi.

49 yaşlı Rizvi 2014-cü ildə "Roar: The Tigers of Sunderbans" adlı filmi çəkib. Onu tanıyanlar onun dinamik və texnologiya sevər olduğunu bildirir.

Elias Wardini

Image caption Elias Wardini (solda)

Hücumda həyatını itirmiş üç livanlıdan biri Elias Wardini idmançı idi və şəxsi trener kimi çalışırdı.

O son dəfə şəxsi Instagram hesabından Reinada öldürülmüş Rita Chami ilə birgə foto paylaşıb.

Ayhan Arık

Turizm şirkətində çalışan Ayhan Arık şübhəlinin Reinada vurduğu ilk insanlardan olub.

Fotonun müəllifi DHA
Image caption Ayhan Arık

"Qapının önündə gətirdiyi insanların çıxmasını gözləyərkən polislə söhbət edirdi, təsadüfən tanış çıxırlar. Bir turizm şirkətində sürücü kimi çalışırdı, turist gəzdirirdi" Arıkın bir tanışı bildirib.

Rita Chami

Fotonun müəllifi Facebook
Image caption Rita Chami

Livanlı, 25 yaşlı Rita Chami Elias Wardini ilə birgə Yeni ili qeyd etmək üçün İstanbula gəlib. Livan mediasının paylaşdığı bir fotoda o, dostu ilə hücum ehtimalından qorxduğunu deyib:

"Hə, narahatam, amma çoxdan bütün bronları etdim və hər şeyi ödəmişəm", deyə onlar təxminən 2 həftə öncə Rusiyanın Ankara səfiri Andrey Karlovun ölümündən danışıb.

Rita Chaminin dostları həmçinin bildirib ki, o bu yaxınlarda anasını xərçəng xəstəliyindən itirib və bundan çox təsirlənib.

Mustafa Sezgin Seymen

Fotonun müəllifi Facebook
Image caption Mustafa Sezgin Seymen

Mustafa Sezgin Seymen may ayında nişanlanıb və Yeni ili qeyd etmək üçün nişanlısı Sezen Arseven ilə gecə klubuna gediblər. Sezen Arseven hücumda yaralanıb.

"Biz yarım qaldıq... Eşimi, həyat dostunu, sevdiyimi, eşqimi itirdim", Arseven Facebookda paylaşıb.

Leanne Nasser

Fotonun müəllifi Facebook
Image caption Leanne Nasser

İsrailin qərbində əsasən ərəblərin yaşadığı Tirada yaşayan 18 yaşlı Leanne Nasser dostları ilə Yeni ili qeyd edirdi.

Tanışları onu hücum ehtimalına görə İstanbula gəlmək fikrindən yayındırmağa çalışsa da, o bir neçə gün idi ki burada idi.

Fatih Çakmak

Təhlükəsizlik keşikçisi Fatih Çakmak Vodafone Arena stadionunda baş vermiş hücumda sağ qalmışdı.

Onun qardaşı "aslan kimi Fatih Çakmak yatır burada. Reinada təhlükəsizlik keşikçisi idi. Bu uşaq çörək pulu üçün gecə-gündüz mübarizə aparırdı" deyə bildirib.

Burak Yıldız

Image caption Burak Yıldız

Hücumda həyatını itirən Burak Yıldız-ın cəmi 21 yaşı var idi.

Üsküdar Polis Müdirliyində çalışan Yıldız dekabrda Beşiktaş stadionunda baş vermiş hücumda həyatını itirənlər barədə yazmışdı:

"Bir xərəyə qoyuldu xəyallarınız, kim bilir neçə idi yaşınız. 20, 21, 22? İndi arxanızda gözlərimizdə yaş, ürəyimizda yanğın qaldı. Allah gözü yaşlı ailələrinizi səbir versin. Məkanınız cənnət olsun qardaşlarım".

Hatice Koç

Fotonun müəllifi Facebook
Image caption Hatice Koç

Gümüşhane-də doğulmuş Hatice Koç 27 yaşında idi. Bir özəl təhlükəsizlik şirkətində çalışırdı və Yeni il gecəsi Reinada təhlükəsizliyi qoruyurdu.

Koç-un 3 yaşlı bir qızının olduğu deyilir.

Mustafa Jalal Ahmad Abbas

İraqlı tələbə Mustafa Jalal Ahmad Abbas İstanbulda Kemerburgaz Universitetində memarlıq oxuyurdu.

Onun cəsədi Erbilə göndərilib, oxuduğu universitetdə matəm mərasimi keçiriluib.

Bu barədə daha geniş