Türk modelyer Barbaros Sansal həbs edilib

Cənab Sansal videosunda Türkiyədəki vəziyyəti tənqid edib Fotonun müəllifi Barbaros Sansal
Image caption Cənab Sansal videosunda Türkiyədəki vəziyyəti tənqid edib

Türk modelyer sosial mediada nifrət yaymaqda günahlandırılaraq həbs edilib. Bir gün əvvəl ona İstanbulun əsas hava limanında hücum olmuşdu.

Barbaros Sansal Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) kəskin tənqidçisidir.

Yeni il gecəsi o, Twitter-də video paylaşaraq ölkədə "bu qədər çirkab, əclaflıq və yoxsulluğun olduğu halda" bayramı qed edənləri tənqid edib.

O həmçinin Türkiyədə həbs edilmiş "çoxlu sayda jurnalist", uşaqlara qarşı zorakılıq, korrupsiya və rüşvətdən də danışıb.

Türkiyədə Yeni il gecəsi silahlı şəxsin gecə klubuna hücum etməsiylə 39 nəfər həlak olub, onlarla insan yaralanıb. Hücuma görə məsuliyyəti üzərinə özünü İslam Dövləti adlandıran qruplaşma götürüb.

Növbəti gün cənab Sansal istirahət etdiyi Türkiyənin nəzarətində olan şimali Kiprdən çıxarılıb.

O, təyyarə ilə İstanbulu tərk edərkən "satqın!" qışqıran sərnişinlərin hücumuna məruz qalıb.