Türkiyə: Reina hücumuna görə uyğurlar həbs edilib

Türkiyə mediası bu fotonu silahlının fotosu kimi paylaşıb, amma polis bu barədə əlavə məlumat verməyib Fotonun müəllifi Courtesy
Image caption Türkiyə mediası bu fotonu silahlının fotosu kimi paylaşıb, amma polis bu barədə əlavə məlumat verməyib

İstanbulda Yeni İl gecəsi Reina gecə klubuna hücumla əlaqədar həyata keçirilən əməliyyatlar çərçivəsində bır neçə uyğur mənşəli şəxs saxlanılıb.

Anadolu agentliyi yazır ki, Çinin Sincan bölgəsindən gəldikləri deyilən şəxslərin hücumçu ilə əlaqələri olub.

Baş nazirin mavini Veysi Kaynak da silahlının da uyğur ola biləcəyini, tək hərəkət etdiyini, amma yardımçılarının olduğunu iddia edib.

Polis 39 nəfərin öldürüldüyü hücumdan sonra onlarla insanı artıq həbs edib, amma silahlının özü qaçıb.

Özünü İslam Dövləti adlandıran qrup, Türkiyənin Suriyada hərbi əməliyyatlarda iştirak etməsini səbəb kimi göstərərək, hücuma görə məsuliyyəti üzərinə götürüb.

Hökümət şübhəlinin ölkədən qaçmasının qarşısını almaq məqsədilə ölkənin quru və hava yollarında təhlükəsizlik tədbirlərini artırıb.

Türkiyə mediası şübhəlinin fotolarını paylaşıb. Media fotonun onlara polis tərəfindən verildiyini deyir, lakin rəsmilər bu barədə heç bir məlumat vermirlər.

Fotonun müəllifi REUTERS
Image caption Türkiyədə quru və hava yollarında təhlükəsizlik tədbirləri artırılıb

Cümə axşamı günü səhəri polis və xüsusi hərəkat qüvvələri İstanbul Selimpaşadakı bir binada əməliyyat həyata keçirib.

AA saxlanılmış şəxslərin sayını bildirməsə də, onların Çinin qərbində yaşayan, türkdilli və müsəlman uyğur mənşəli olduqlarını bildirib.

Bundan başqa ötən axşam İzmirdə həyata keçirilən başqa bir əməliyyat çərçivəsində dörd ünvanda axtarış aparılıb və azı 39 nəfər saxlanılıb, Hürriyet qəzeti yazıb.

Fotonun müəllifi Hurriyet

Qəzeti yazır ki, onların azı iyirmisi azyaşlı olduğundan 20 nəfər həbs edilib. Onların qaldığı 3 ünvandan "çoxunun saxta olduğu iddia edilən 41 pasport, 12 mobil telefon, planşet, 2 patrondaş, bel cihazı, GPS cihazı, kəskin nişan tüfəngi, gecə durbini, fənər, xaricilərə məxsus 15 saxta şəxsiyyət vəsiqəsi ələ keçirilib.

Onlar diqqətdən yayınmaq üçün ailələri ilə birgə ev kirayələyib və normal həyat yaşayıblar, məlumatlarda deyilir.

Həmçinin İstanbulda şübhəlinin Zeytinburnu-na qayıdarkən istifadə etdiyi taksinin pulunu ödədikləri iddia edilən 7 uyğur kafe işçisi də həbs edilənlər sırasındadır.

Yeni il gecəsi Reina gecə klubuna edilmiş hücum zamanı 39 nəfər öldürülüb və 71 nəfər yaralanıb.

Bu barədə daha geniş