İzmir hücumu: Baş nazir Yıldırım: Normal həyat axışını dəyişdirməyin

Binali Yıldırım Fotonun müəllifi DHA

İzmirdə Bayraqlı rayonundakı Ədliyyə binası qarşısında baş vermiş hücumda biri polis, biri katib olmaqla iki nəfər həyatını itirib.

İzmir valisi Erol Ayyıldız "Terroristlər ölü olaraq ələ keçirilib" - deyib. Ayyıldız, hücumda 6 və ya 7 nəfərin də yaralandığını söyləyib.

Hücumu PKK-nın etdiyini deyən baş nazir Binalı Yıldırım, "Bu dəfə alçaq əməllərinə nail olmadılar. Təsadüfən uğurlu olsaydılar, yəqin ki, gözəl İzmirimiz çox böyük bir fəlakəti yaşayacaqdı" deyib.

İzmirdən deputat olan baş nazir Yıldırım, hücumlar səbəbiylə normal həyatın axsamasına yol verilməməsinin vacibliyini də vurğulayıb.

Prezident Erdoğan isə hadisələrə Twitter-də şərh verib:

"Terrorun millətimizi qorxutma, dövləti çəkindirmə və cəmiyyəti qütbləşdirmə cəhdlərinə heç vaxt yol verməyəcəyik. Bu xain hücumlar, təhlükəsizlik qüvvələrimizin qətiyyətini, millətimizin birlik və bərabərliyini daha da möhkəmləndirir."

Hücumçunu polis Fethi Sekin dayandırıb

Anadolu agentliyi yazır ki, Ədliyyə binasının C qapısına doğru irəliləyən maşını gördükdən Fethi Sekin silahını çəkərək avtomobilin qapıya getməsinə mane olub.

Maşından enən silahlıların arxasınca qaçan Sekin silahlıların birini öldürüb. Elə bu zaman digər silahlı Fethi Sekini güllələyib.

Agentlik polislə qarşıdurmaya girən üç nəfərdən ikisinin öldürüldüyünü, birinin isə axtarıldığını bildirib. Axşam saatlarında hücum ilə bağlı iki nəfər saxlanılıb, agentlik bildirib.

Bayraklı Bələdiyyə rəhbəri Hasan Karabağ BBC Türkcəyə bildirib ki, "prokuror qaçaq terrorçu ilə bombalı avtomobil və silahlar axtarılır".

Bu hadisədən sonra İzmirdə təhlükəsizlik tədbirləri artırılıb.

Fotonun müəllifi Reuters

Hadisənin şahidi olmuş Öykü Şahinler BBC Türkçe-yə bildirib ki, "qısa bir sürə öncə dostunu ədliyyə qovşağından Ədliyyəyə düşürtdüm. Partlama səsini biraz irəlilədikdən sonra eşitdim, çok şiddətli idi".

"Bir anda atmosfer dəyişdi və yollarda birdən tıxac yarandı. Dərhal sonra dostum zəng etdi və silahlı qarşıdurma səsi eşitdiyini söyləyərək tez evə getməyim barədə xəbərdarlıq etdi."

İzmir Ədliyyəsinin yaxınlığındakı Ədliyyə Cafeden BBC Türkcəyə danışan digər bir şahid isə söyləyib ki, partlayış polis daxmasının qabağında baş verib və dərhal sonra vətəndaşların üzərinə silahla atəş açılıb.

Bu barədə daha geniş