Rəfsəncani ilə vida mərasimi keçirilir

Qızı Fatimə və oğlu Mehdi cənazə yanında yas tutub Fotonun müəllifi AP
Image caption Qızı Fatimə və oğlu Mehdi cənazə yanında yas tutub

İranın Ali Dini Lideri Ayətullah Əli Xameneyi 82 yaşında dünyasını dəyişmiş keçmiş prezident Əkbər Haşimi Rəfsəncani-nin dəfn mərasiminə rəhbərlik edib.

Ayətullah Xameneyi fikir ayrılıqlarına baxmayaraq, "mübarizə yoldaşını" salamlayıb və onun ölümünü "ağır" itki adlandırıb.

Prezident Həsən Ruhani onu İslam inqilabının böyük insanı kimi qiymətləndirib.

Hökumət üç günlük matəm elan edib. Çərşənbə axşamı onun dəfnilə əlaqədar Tehranda qeyri-iş günü elan edilib.

1989-1997-ci illərdə prezident olmuş cənab Rəfsəncani 1979-cu il inqilabında həlledici şəxs idi. Ancaq sonradan o, sərt mühafizəkarlara qarşı çıxıb.

"Bu uzun dövrdə müxtəlif fikirlər və şərhlər heç vaxt bizim aramızdakı dostluğu tamamilə qıra bilmədi," Ayətullah Xamneyi deyib.

Cənab Rəfsəncani ürək tutmasından sonra bazar günü Tehran xəstəxanasında dünyasını dəyişib.

Onun cənazəsi qohumları, siyasətçilər və din xadimlərinin vidalaşmaq üçün yığışdığı İslam Respublikasının banisi Ayətullah Rohullah Xomeyni-nin iqamətgahı, Jamaran ibadət zalına aparılıb.

Fotonun müəllifi EPA
Image caption Vətəndaşlar cənab Rəfsancaninin öldüyü xəstəxananın önünə toplaşıb

Cənab Rəfsancani 2013-cü ildə islahatçı namizəd kimi prezident seçkilərinə qatıldıqdan və Nəzarət Şurası tərəfindən rədd edildikdən sonra prezident Ruhani-nin təlimçisi olub.

Cənab Ruhani Twitter-də bildirib: "İnqilabın böyük insanın, səbir və müqavimət simvolunun ruhu Cənnətə getdi".

Təhlilçilər bildirirlər ki, cənab Rəfsəncani-nin qəfil ölümü may ayında seçkilərə hazırlaşan prezidentə zərbədir.

Fotonun müəllifi EPA
Image caption Onun prezident Həsən Ruhani ilə mülayim münasibətləri var idi
Fotonun müəllifi AFP
Image caption Cənab Rəfsancani İran-İraq müharibəsinin bitməsində əsas rol oynayıb

Əkbər Haşimi Rəfsəncani 1934-ci ildə İranın cənub-şərqində fermerlərin ailəsində anadan olub.

O 1979-cu il İslam inqilabına rəhbərlik etməyə başlayan Ayətullah Ruhullah Xomeyni ilə birgə müqəddəs Qum şəhərində ilahiyyat fakültəsində oxuyub.

Şahın dövründə cənab Rəfsancani bir neçə dəfə həbsdə olub.

İraqla 1980-88-ci il müharibəsinin son ilində Ayətullah Xomeyni onu silahlı qüvvələrin baş komandanı təyin edib.

O, İranın müharibəyə son vermiş BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbul edilməsində əsas şəxs olub.

Cənab Rəfsəncani, həmçinin, İranın nüvə proqramının inkişafında əsas rol oynayıb və bu yaxınlarda xarici dövlətlər ilə tarixi 2015 nüvə sazişinə dəstək verib.

Bu şəxs həm hazırcavablığı, həm də amansız xarakterinə görə tanınıb.

O, mütərəqqi iqtisadi siyasət tərəfdarı idi, özəl sahibkarlığın təşviqi və infrastrukturun təkmilləşdirilməsinə çalışırdı. Onun geniş biznes ehtiyatları olduğu deyilir.

Cənab Rəfsəncani 2005-ci ildə prezidentlik üçün namizədlik versə də, həmin vaxt Mahmud Əhmədinejad-a uduzub.

Fotonun müəllifi AFP
Image caption Rəfsancaninin oğlu Mehdi Haşemi 2005-ci ildə həbs edilib

2009-cu ildə cənab Əhmədinejad-ı açıq tənqid etsə də, cənab Əhmədinejad yenə də prezident seçilib.

Sonralar cənab Rəfsəncani siyasi məhbusların azadlığa buraxılması və konstitusiya çərçivəsində əməkdaşlıq üçün partiyalara daha geniş siyasi azadlıqlar verilməsi üçün çalışıb.

Onun ailə üzvləri də bəzən İran mediasının gündəmi olub. Qızı Fatimə Haşemi ötən il İran liderliyinin dönük məhzəb adlandırdığı Bəhai dini azlığının lideri ilə görüşüb,

Oğlu Mehdi Haşemi Rəfsancani isə 2005-ci ildə "təhlükəsizlik cinayətləri və maliyyə cinayəti"nə görə həbs edilib.