Türk və yunan Kiprinin birləşməsi üçün danışıqlar başlayır

Bazar günü Kiprin paytaxtı Nikosiya (Türkcə: Lefkoşa) şəhərində "Sülhə Gerisayma" adlı tədbirdə Kipr türkləri və rumları birlikdə rəqs ediblər (8 yanvar 2017) Fotonun müəllifi AFP/Getty Images
Image caption Bazar günü Kiprin paytaxtı Nikosiya (Türkcə: Lefkoşa) şəhərində "Sülhə Gerisayma" adlı tədbirdə Kipr türkləri və rumları birlikdə rəqs ediblər

Kiprin liderləri onilliklərlə bölünmüş adanı bir daha birləşdirmək üçün BMT-nin rəhbərliyi ilə Cenevrədə keçirilən sülh danışıqlarına nikbinliklə başlayıblar.

BMT-nin Cenevrədəki səfiri deyib ki, Kipr rumlarının lideri Nicos Anastasiades və onun Türk həmkarı Mustaka Akıncı "bunun doğrudan da uğurlu olmasını istəyirlər".

Adanı birləşdirmək üçün əvvəlki cəhdlərin hamısı uğursuzluqla bitib.

Hədəf, birləşmiş, lakin hakimiyyətin iki cəmiyyət arasında bölündüyü federal sistem yaratmaqdır.

Yunanistanın dəstəyi ilə Kipr rumları tərəfindən həyata keçirilən çevriliş və buna qarşı 1974-cü ilə Türk qoşunlarının adanı işğalından sonra ada ikiyə bölünüb.

Kiprin şimaldakı üçdə birində Kipr Türkləri, cənubdakı üçdə ikisində isə Kipr rumları yaşayır.

Fotonun müəllifi AFP/Reuters
Image caption Nicos Anastasiades (solda) və onun Türk həmkarı Mustafa Akıncı (sağda) danışıqlara ayrıca gəliblər

BMT-nin yeni baş katibi Antonio Guterres danışıqları "tarixi məqam" adlandırıb.

BMT-nin səfiri Espen Barth Eide sülh üçün iki lider arasında maneələrin olduğunu deyib, lakin o həmçinin vurğulayıb ki, iki liderin göstərdiyi iradə və rəhbərliyi "biz çoxdandır ki, Kiprdə görməmişik".

Danışıqlar artlq 19 aydır ki, davam edir və önəmli fikir ayrılıqları hələ də mövcuddur.


Nə barədə tam razılışa bilmirlər?

Əmlak: Bazar ertəsi günü danışıqlarda ən mühüm mövzu Kipr rumlarının 1974-cü ildə tərk etdiyi daşınmaz əmlaklardır. Onlara əvvəlki evlərini geri götürməyə icazə və ya kompensasiya verilməlidirmi?

Təhlükəsizlik: Türkiyənin təxminən 30 min əsgəri adanı tərk etsə Kipr türklərinin təhlükəsizliyi necə təmin ediləcək?

Sülhün zəmanətçisi kim olacaq? Kiprin artıq üzvü olduğu Avropa İttifaqı (AO) və ya adada iki hərbi bazası olan Birləşmiş Krallıq?

Fotonun müəllifi AP
Image caption Mühüm sullardan biri də budur - sülhün zəmanətçisi kim olacaq?

Hakimiyyət və Aİ-nin rolu: Dövriyyəli prezidentlikdən danışılır, lakin praktiki baxımdan bu necə icra olunacaq? Kipr türk prezidenti ölkəni Aİ zirvə görüşlərində təmsil edə biləcəkmi?

Ərazi: Kipr yunanlarının əhali üstünlüyünü əks etdirmək üçün onlar nə qədər torpaq qazanmalıdır? BMT sülhməramlı qüvvələri adanın şimalından təxminən 165 min Kipr yunanının və cənubdan təxminən 45 min Kipr türklərinin didərgin düşdüyünü hesablayıblar.

Cenevrədə əldə edilmiş hər hansı razılıq bu il iki cəmiyyət tərəfindən ayrı referendumlarda dəstəklənməlidir. 2004-cü ildə BMT tərəfindən dəstəklənən birləşmə planı Kipr türklərinin əksəriyyəti tərəfindən qəbul edilmişdi, lakin Kipr yunanları bu təklifi tamamilə rədd etmişdilər.

Bu barədə daha geniş