"Kavkazskiy Uzel"in baş redaktoru çeçen spikerinden şikayət edib

Məhəmməd Davudov Fotonun müəllifi RIA Novosti
Image caption Məhəmməd Davudov Şvedovun dilini "qısaltmaq" lazım olduğunu deyib

"Kavkazskiy Uzel" (Qafqaz Düyünü) internet-nəşrinin baş redaktoru Qriqoriy Şvedov Rusiya Təhqiqat Komitəsinə (RTK) ərizə ilə müraciət edərək Çeçenistan parlamentinin spikeri Məhəmməd Davudovun bəyanatını yoxlamağı xahiş edib. .

Cənab Davudov öz bəyanatında Şvedovu çağırıb "ağıl dişlərini sındırmaq" və dilini "qısaltmaq" lazımdır deyib.

"Biz bu gün RTK-nın baş istintaq idarəsinə ərizə ilə müraciət etdik", - deyə Şvedov RBK nəşrinə bildirib. Bir qədər əvvəl Şvedov BBC-nin Rusiya xidmətinə açıqlamasında RTK-ya ərizə ilə müraciət edəcəyini bildirmişdi.

Yanvarın 4-də özünü lord_095 adlandıran çeçen spikeri İnstagramda ""Qafqaz düyünü"nü necə açmalı" postunu paylaşıb. Bu post pekines cinsindən olan itin şərhli şəklindən ibarət olub.

Şvedovun adını çəkməyən Davudov "çox qəribə it" barədə yazaraq bu itə "əlində böyük maşa olan baytarı çağırmağın vaxtı gəldiyini" yazıb.

""Şved"in "ağıl" dişlərini sındırmaq və dilini standart ölçülər qədər qısaltmaq lazımdır ", - deyə çeçen spikeri təklif edib. Görünür ki spiker respublikada baş verənlər barədə "Qafqaz düyünü"ndə dərc olunan məqalələrdən narazıdır.

Bundan sonra Şvedov BBC-nin Rusiya xidmətinə açıqlamasında Rusiya Təhqiqat Komitəsinə və prokurorluğa ərizə ilə mürciət etmək firkrini hüquqşünaslarla müzakirə edəcəyini açıqlamışdı.

Şvedov özü Davudovun sözlərini şəxsən ona və nəşrin jurnalistlərinə təhdid kimi qəbul etdiyini qeyd edib.

"Burda cinayət tərkibinin olduğunu düşünməyə asas var"-deyən Şvedovun fikrincə spikerin məqsədi jurnalistləri Çeçecinstanda senzuranın olması barədə materialları təkzib etməyə məcbur etməkdir.

Bununla yanaşı baş redaktor bu dərcin zarafat olduğunu istisna etməyərək " bunu müəllifin xüsusi yumor hissinə sahib olmasına da yazmaq olar" deyib.

Çeçenisatan rəhbəri Ramzan Kadırovun mətbuat katibi Alvi Kərimov bir qədər əvvəl RBK-ya açıqlamasında spikerin sözlərində təhdid görmədiyini bildirmişdi.

"Davudov heç bir yerdə Şvedovun adını çəkməyib. Mənim şəxsi fikrimcə Şvedov çox istəyərdi ki spiker onu nəzərdə tutsun. Amma burda "şved" itindən söhbət gedir. Məgər Şvedov itdir ki?" - deyə mətbuat katibi vurgulayıb.

Davudov 2015-ci ilin iyulunda Çeçenistan parlamentinin spikeri seçilib. Kadırova yaxın adam sayılan Davudov buna qədər respublika administrasiyasına başçılıq edirid.

2016-cı ilin oktyabrında KİV-lərdə Davudovun Çeçenistan Ali Məhkəməsi sədrinin səlahiyyətlərini icra edən Tahir Murdalovu döydüyü barədə məlumatlar yayılmışdı. Daha sonra hakim Dadudovun onu döyməyidini bildirmişdi.

"Qafqaz düyün" internet-nəşri 2001-ci ildə "Memorial" cəmiyyəti tərəfindən təsis edilib və Qafqazda baş verənlər barədə məlumatlar yayır. Sayt respublika rəhbərliyini ittiham edən Çeçenistan sakini Ramazan Cələldinovun Rusiya prezidenti Vladimir Putinə müraciətini dərc etmişdi. Daha sonra isə Qroznıda polislərə hücumda şübhəli bilinənlərin xəstəxanada öldürülməsi barədə məlumat yaymışdı. Lakin respublika rəhbərliyi bu məlumatları təkzib etmişdi.

2016-cı ilin sentyabrında isə saytın müxbiri Jalaudi Geriyev marixuana saxlamaqda ittiham edilərək 3 il həbs cəzası alıb. Həmkarları bu cinayət işini uydurma adlandırıblar.

Bu barədə daha geniş