Rusiya ailələri seks və intihar barədə danışmağı sevmirlər

Beynəlxalq Toleratnlıq Günündə Sankt Peterburqda cinsi azlıqların hüquqlarına dəstək aksiyasına qarşı etiraz edən fəallar. Fotonun müəllifi RIA NOVOSTI
Image caption "Levada-sentr" in məlumatına görə Rusiya sakinlərinin 33% -nin fikrincə seksual problemlər alədə qadağan olunmuş movzu hesab olunur.

Rusiyalılar ailədə danışmaq istəmidkləri mövzular sırasında başlıca olaraq seksual problemləri və intihar hadislərini qeyd ediblər. "Levada-sentr" in apardığı yeni araşdırmalar bunu deməyə əsas verir.

Bununla yanaşı rəyi soruşulanların yarısı iddia ediblər ki, onlar üçün ailədə müzakirəsi qadağan olun mövzu yoxdur.

Sosioloqlar Rusiyanın 48 ərazisindən olan 137 yaşayış məntəqəsində yaşı 18-dən yuxarı olan 1, 6 min insan arasında sorğu keçirib.

"Levada-sentr" in məlumatına görə Rusiya sakinlərinin 33% -nin fikrincə seksual problemlər alədə qadağan olunmuş movzu hesab olunur.

"Seksual problemlər keçmiş zamanlardan qalan və insanların dini şüuruna əsaslanan ciddi qadağadır. Bu mövzunun qadağası kifayət qədər keçmişə dayanır və gördüyümüz kimi bu gün də aktuallığını saxlayır, - deyə "Levada-sentr" in direktor müavini Aleksey Qrajdankin BBC-yə açıqlamasında bildirib.

Sakinlərin 15% -i yaxınlarıyla intihar barədə danışmadıqlarını deyiblər.

Respondentlərin 7%-i isə ölüm və ağır xəstəlik kimi mövzuların, həmçinin nəticəsini dəyişdirmək və düzəltmək mümkün olmayan hadisələrin müzakirə olunmadığını qeyd ediblər.

Rusiya əhalisinin 5%-i ailədə dini mövzuları və "ölkə tarixinin qaranlıq səhifələri" kimi məsələri müzakrə etmirlər. 4% isə ailə içində "başqalarının pulunu saymadıqlarını" və yaxın adamlarının xasiyyətini müzakirə etmədiklərini deyiblər.

3% rusiyalı ölkə iqtisadiyyatını, 2 % isə Rusiyanın xarici və daxili siyasətini qadağan edilmiş mövzu adlandırıblar.

Bununla yanaşı ölkə əhalisinin 47% istənilən mövzunun müzakirəsinin qadağan olunmadığını deyib.

"Rusiyanın 47% sakini qadağan edilən movzunun adını çəkməməsi o demək deyil ki, onlar ailədə hər şeyi müzakirə edirlər. Sadəcə insanlar hansısa mövzunun müzakirəsinin qadağan olunmasına ehtiyac duymurlar "-deyə cənab Qrajdankin vurğulayib.

Bu barədə daha geniş