Şəxsi tank : çox bahalıdır amma həqiqətdir

Tank
Image caption Milyonerlər üçün yeni əyləncə - şəxsi tank

Bəzi varlılara çörək vermə, sadəcə imkan ver ki, öz var-dövlətlərini ətrafdakılara nümayiş etdirsinlər. Bəziləri hətta daha irəli gedərək kimsədə olmayan bir şeyi əldə etmək istəyirlər. Məsələn, hansısa xüsusi sifarişlə düzəldilmiş zirehli avtomobil.

Lakin bu da son deyil. Əgər siz sözün əsl mənasında daha güclü nəqliyyat vasitəsi istəyirsinizsə niyə də pulunuzu xüsusi EV2 tankına verməyəsiniz?

"Bu dəbdəbəli yüksək sürətli avtomobilidir. Siz düyməni basan kimi qapılar "qağayı qanadları kimi" açılaraq "Lamborghini" kimi uçacaq. Salonda nizamlanan möhtəşəm oturacaqlar, arxanı göstərən kamera, dairəvi kamera var", - deyə tankın yaradıcılarından biri Mike Howe açıqlayıb.

Mike-ın əkiz qardaşı Geoffun fikrincə, EV2 əsl dəbdəbəli tankdır, cünki onun təkərləri tırtılla əvəzlənib.

Qardaşların iddiasına görə bu tırtılların sayəsində onların maşını ən kobud yollarda belə sürətlə hərəkət edə bilər. Bu lüks avtomobilin tankdan yalnız bir fərqi var, bu da onun silahlı olmamasıdır.

İxtiraçılar onlarına icadının diqqət çəkəcəyindən şübhə etmirlər.

Image caption Geoff (solda) və Mike (sağda) Howe

"Daha çox yaxşıdır"

"Biz həmişə hamını qabaqlamaq istəmişik. Küçəmizdə hamının kənddə atası tərəfindən tikilən evi vardı, amma biz atasız böyümüşdük. Onda biz özümüzə qurama ev tikmişdik. Biz bunu etməyə borclu idik. Biz istəyirdik ki bizdə hamıdan çox və hamidan yaxşə alınsın"-deyə Geoff bildirib.

Vaxt ötdü və Howe qardaşları tədricən daha mürəkkəb əşylar yaratdılar.

Onların arasında SUV avtomobilləri də vardı. Kollecdə oxuyan zaman qardaslar öz rok-qrupları üçün səyyar turist avtobusu icad etmişdilər.

Fotonun müəllifi Howe and Howe Technologies
Image caption Qardaşların iddiasına görə bu tırtılların sayəsində onların avtomobili ən kobud yollarda belə sürətlə hərəkət edə bilər.

Daha sonra Mike və Geoff tırtılla hərərkət edən yüksək sürətli avtomobillər yaratmaq həvəsinə düşdülər. Uzun illər davam edən gərgin işdən sonra qardaşlar ortaya Ripsaw adlı balaca tank çıxardılar.

Onların bu ixtirası ABŞ ordusunun diqqətini çəkdi və sonunda onlardan sifariş aldılar.

Ripsaw-un yaradılması istiqamətində çətinliklərlə üzləşmələrinə baxmayaraq qardaşlar hərbi icadlara olan maqraqlarını biznesə çevirməyi bacardılar.

Avtomobilin mühəndis problemini həll etmək o qədər də asan olmayıb. Belə ki, qardaşlar cavabı avtomobil sənayesindən kənarda, məsələn, benzinlə işləyən mişarların istehsalı texnologiyasında axtarmalı olublar..

Fotonun müəllifi Howe and Howe Technologies
Image caption bombanı zərəsizləşdirməyə kömək edən robot, həmçinin tırtıllı kürsü Ripchair

Hollywood-dan zəng

Qardaşların təcrübəsi artdiqca onların icadları da müxtəlif olmağa başlamışdı.

Belə ki onların ixtiraları arasında bombanı zərəsizləşdirməyə kömək edən robot, həmçinin tırtıllı kürsü Ripchair də vardı.

Howe qardaşlarıyla Hollywood da maraqlanırdı. Onlar tərəfindən yaradılan avtomobillərin büdcəsi böyük olan filmlərin çəkilişində - like GI Joe 2 and Mad Max: Fury Road filmlərində istifadə olunub.

Image caption Geoff və Mike Howe qardaşları

Filmlərdən gələn sifarişlər qardaşlar üçün yeni üfüqlər açdı.

Bir dəfə kifayət qədər varlı bir şəxs filmdə onların icad etdiyi avtomobili gördükdən sonra qardaşlara zəng vuraraq Ripsaw avtomobilinin xüsusi nümunəsini almaq istədiyini bildirmişdi.

Bu cür sifarişdən təəccüblənən Mike və Geoff qardaşları sonradan sifarişi yerinə yetirməyə qərar verdilər. Nəticədə EV2 versiyası yaradıldı.

Dəbdəbəli avtomobil bazarında işləmək qardaşlar üçün yeni işdir və onlar çox şeyi öyrənməlidirlər.

Əsas çətinliklərdən biri isə, sifarişi şəxsən özü deməyən müştəri ilə münasibət qurmaqdır.

Sifarişçinin arzularını onlara üçüncü şəxs çatdırır. Qardaşların fikrincə, əsas məsələ sifarişçinin nə istədiyini anlamaqdır.

Image caption Geoff və Mike Howe qardaşları

Mike və Geoff artıq bilirlər ki bu bazarda müştərilər həmişə avtomobildə olan sistemə əlavələr olunmasını arzu edirlər.

Məsələn avtomobil gecə yaxşı görmək üçün, adi faralardan daha yaxşı görməyə imkan yaradan işıqladırıcı aparatla təchiz olunmalıdır.

Bu aparat gecə vaxtı yolda hansısa heyvanın və obyektin olduğunu əvvəlcədən görmək imkanı və təhlükəni vaxtında dəf etmək şansı yaradır.

"Gecə bütün faraları söndürmək olar. Avtomobil qaranlıqda görünməyəcək vəı siz saatda 100 km sürətlə getsəniz belə sizə lazım olanı görəcəksiniz və bu da sizi təhlükəsizliklə təmin edəcək ," - deyə Mike danışıb.

Fotonun müəllifi Howe and Howe Technologies
Image caption Gecə yaxşı görmək üçün, adi faralardan daha yaxşı görməyə imkan yaradan işıqladırıcı aparatla təmin edilib

Mike Howe-nin sözlərinə görə müştəri özü qərar verməilidir ki, belə avtomobili harada və necə sürməlidir. Şəxsi tankın dəyəri də yaradıcılar üçün problem yaradır, çünki modelin orta dəyəri 100 min dollara başa gəlir.

Bu səbəbdən də qardaşlar işə başlamazdan əvvəl avtomobili kimin üçün hazırladıqlarını araşdırırılar. Həmin şəxsin bu vəsaiti ödəyib-ödəməyəcəyini əvvəlcədən öyrənirlər.

Qardaşlar avtomobil bazarına daxil olduqlarından razı qalsalar da tamamilə bu yöndə sifarişlər qəbul etmək istəmədiklərini və bizneslərinin inkişafını başqa istiqamətdə gördüklərini qeyd ediblər.

"Əgər siz vaxtınızı milyarderlərin fantaziyalarını reallaşdırmağa sərf etsəniz onda bu cür layihələrin maliyyələşdiriliməsi üçün sonsuz imkanlar yaranacaq. Amma yenilik texnologiyası və dəbdəbəli əşya ishetsalı bunlar fərqli şeylərdir"-deyə məsləhətçi Peter York deyib.

Image caption Qardaşlar tamamilə dəbdəbəli avtomobillərin istehsalı ilə məşğul olmaq istəmədiklərini deyirlər

"Əgər siz vaxtınızı milyarderlərin fantaziyalarını reallaşdırmağa sərf etsəniz onda bu cür layihələrin maliyyələşdiriliməsi üçün sonsuz imkanlar yaranacaq. Amma yenilik texnologiyası və dəbdəbəli əşya ishetsalı bunlar fərqli şeylərdir"-deyə məsləhətçi Peter York deyib.

"Sərhədləri genişləndirmək"

Buna baxmayaraq qardaşlar yeni ideyalara hazırdılar. Əgər yeni xüsusi müştəri olarsa onlar mümkün olmayanı etməyə hazırdılar.

Hazırda Mike və Geoff qardaşları güçü EV2-dən 4 dəfə artıq olan yeni avtomobil üzərində çalışırlar.

"Biz özümüz də bu modelin necə bitəcəyini bilmirik. Biz sonsuz arzularla çalışırıq", - deyə Mike Howe bildirib.