“Boyarışnik” cinayəti: zəhərin yayılmasında günahkar kimdir?

Boyarışnik Fotonun müəllifi Ria novosti

Rusiyanın İrkutsk vilayətində vanna qəbul etmək üçün nəzərdə tutulan "Boyarışnik" məhlulundan kütləvi zəhərlənmədə şübhəli bilinənlərin yalnız ikisinin adı məlumdur.

Onlar "ehtiyatsızlıq" maddəsiylə ittiham olunurlar. İttiham olunanlar vilayətin Mülkiyyət Məsələləri nazirinin müavini Yevgeniya Nefedova və yerli Rospotrebnadzor-un (İstehlakçıların hüquqlarının Müdafiəsi və qorunması İdarəsi) başçısının müavini Mixail Lujnovdur.

İstintaq digər şübəlilərin adlarını açıqlamayıb. BBC Rusca xidməti Rusiya Təhqiqat Komitəsinin (RTK) İrkutsk vilayət məhkəməsinin saytında yerləşdirilən açıq məlumata əsasən şübhəlilərin kimliyini araşdırmağa çalışıb.

Dekabrın 30-da RTK-nin İrkutsk vilayətindəki idarəsinin mətbuat xidmətinin tərkibində etil spirti əvəzinə metanol olan "Boyarışnik"dən kütləvi zəhərlənməyə görə "əsas fiqurlar"dan birinin həbsi barədə məumat yaymışdı.

RTK o zaman həmin şəxsin ev dustağı cəzasının iki aylıq həbc cəzasıyla əvəzlənməsi barədə məlumat vermişdi. Beləliklə məhkəmə aşağı instansiyaların çıxardığı qərarın şikayət ərizəsini bu yolla təmin edib.

Bununla yanaşı RTK həbs edilən şəxsin adını açıqlamır. Məhkəmənin məlumatına görə dekabrın 3-da yalnız bir nəfərin appelyasiya ərizəsinə baxılıb.

Bu ərizədə isə günahladırılan şəxsə qarşı 238 maddə ilə ittiham irəli sürürülüb (RTK "Boyarışnik" dən kütləvi zəhərlənmədən sonra bu maddə ilə iş qaldırırb).

Məhkəmənin saytında ittiham olunan şəxs "Mehdiyev R.Q "kimi göstərilib.

Məlumatlara görə İrkutsk vilayətində bu familiyada yalnız iki nəfər - Mehdiyev Rafiq Həsən oğlu və Mehdiyev Rəhman Həsən oğlu var.

Onların hər ikisi Azərbaycanın Daşkəsən rayonun Qıyıxlı kənd sakinidir. Onlar İrkustkun Lenin dairəsində fərdi sahibkar kimi qeydə alınıblar.

İkisindən biri

Rəhman Mehdiyev İrkutskda 2016-cı ilin martında qeydiyyata düşüb. O həmçinin ərzaqların, içkilərin və tütünün pərakəndə satışı ilə məşğul olan "Uspex" ("Uğur") şirkətinə baçşılıq edir. Şirkət Pavel Krasilnikov küçəsində qeydiyyatdadır.

Fotonun müəllifi Кирилл Шипицин
Image caption "Boyarışnik" ekstraktının olduğu mayenin hazırlandığı sex

İrkutsk vilayətinin Arbitraj Məhkəməsinin məlumatına əsasən qonşuluqdakı evdə isə Rafiq Mehdiyev qeydiyyatdadır.

2007-ci ildən qeydiyyatda olan və artıq neçə ildir İrkutsk vilayətində ticarətlə məşğul olan Rafiq Mehdiyevin Novo-Leninoda bir neçə ticarət obyekti var.

2013-2015-ci illərdı Rafiq Mehdiyev qeyri-qanuni spirtli içki satışı ilə məşğul olduğuna görə 6 dəfə cərimələnib.

Dekabrın 29-da İrkutsk məhkəməsində 238 maddə ilə təqsirləndirilən daha bir şəxsin, Mustafayev Əlizadə Şəmistan oğlunun apellyasiya ərizəsinə baxılıb.

İrkutskda fərdi sahibkar olan Mustafayev Əlizadə Sverdlovsk rayonunda qeydiyyatdadır. Onun şəhərin müxtəif rayonlarında ticarət obyektləri var.

2014-2015-ci illərdə Mustafayev qeyri-qanuni yolla spitrli içki satışı ilə məşğul olduğuna görə 8 dəfə cərimələnib. Cinayət işinin bir hissəsi hələ də məhkəmədə davam edir.

2016-cı ilin noyabrında Sverdlov rayon məhkəməsi prokurorun tələbini təmin edərərk Mustafayevin qanunsuz spirtli içki ticarətini dayandırması barədə qərar qəbul edib.

3 nəfərin həbsi

2017-ci ilin yanvarın 9-da İrkutsk məhkəməsi metanoldan zəhərlənmə işiylə bağlı daha 3 nəfərin şikyət ərizəsinə baxıb.

"Onlardan ikisi həbs-qəti imkan tədbirinə öz etirazlarını bildirsələr də, Lenin rayon məhkəməsinin qərarı dəyişməz qalıb"-deyə vilayət məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Lenin rayon məhkəməsinin digər şəxslə bağlı qərarı da dəyişməz qalıb. İkinci qrup əlil olan satıcı xanım vilayətdən çıxmamaq şərtilə azadlığa buraxılıb.

Beləliklə vilayət məhkəməsi Lenin rayon məhkəməsinin qərarını təsdiqləyərərk istintaq tələb olunduğuna görə qadının həbsindən imtina edib.

İrkutsk vilayət məhkəməsinin məlumatına görə yanvarın 9-da 3 nəfərin - V.B. Puşkarskinin, R.Z Yusibovanın və S.A. Krasnoyarovun 238-ci maddə ilə işinə baxılıb.

Statistik məlumatlarda Krasnoyarov və Yusibova haqqında heç bir xatırlatma yoxdur. İrkutsk vilayətində yalnız Puşkarski adında bir sahibkar qeydə alınıb və o da "Panorama" şirkətinin baş direktoru və sahibidir.

"Panorama" məişət məhsullarnın satışıyla məşğul olan böyük bir şikətdir. Statistik məlumatlara görə 2014-cü ildə şirkət dövlət və bələdiyyələr tərəfində 3,7 milyon, 2015-ci ildə isə 1 milyon dəyərində yuyucu və təmizləyici məhsulların sifarişini alıb.

Fotonun müəllifi Ria novosti
Image caption Rusiya hakimiyyəti tərkibində spirt olan mayelərin olduğu dükanlarda axtarışlar həyata keçirib

"Panorama"nın sifarişçiləri arasında səhiyyə müəsissiələri də var. BBC Rusca xidməti şirkətlə əlaqə saxalayaraq Vitaliy Puşkarsknin həbs edilməsi ehtimalı barədə məlumatlara aydınlıq gətimək istəsə də, əks tərəf məlumatsız olduğunu bildirib.

İcarə işi

"Boyarışnik" cinayət içində daha bir sahibkarın - M.Əkbərovun da adı hallanır. RTK dekabrın 27-də İrkutsk vilayətinin Mülkiyyət Məsələləri üzrə nazir müavini Yevgeniya Nefedovanın həbsiylə bağlı yaydığı press-relizdə onun adını xatırladıb.

RTK-nın iddilarına görə Əkbərovun 2008-ci ildən icarəyə götürdüyü ticarət obyektində insanların kütləvi zəhərlənməsinə səbəb olan "Boyarışnik" satıldığl aşkarlanıb.

"2015-2016-cı illərdə nazirliyin əməkdaşları bu obyektdə 3 dəfə spirtli içkinin qanunsuz satılması faktını aşkar ediblər və nəticədə icarədara dəfələrlə xəbərdarlıq edilib və cərimələnib.

2016-cı ilin noyabrında Nefedova tabeliyində olan işçilər Əkbərovun qanunları pozması barədə məlumat veriblər.

"Bu halda xanım Nefedova məhkəməyə müraciət edərək ticarət obyektinin həmin ərazidən azad edilməsi barədə iddia qaldırmaq səlahiyyəti olub. Lakin bunun əvəzində Nefedova yalnız növbəti xəbərdarlıqla kifayətlənib"-deyə press relizdə bildirirlir.

Statistik məlumatlara görə Novo-Lenino ərazisində qeydiyyatda olan Əkbərovun ticarət obyektləri də həmin ərazidədir. 2013-2016-cı illərdə Əkbərov qanunsiz spitrli içki satışına görə 16 dəfə cərimə edilib.

RTK-nın versiyasına görə dekabrın 30-da İrkutsk Mülkiyyət Məsələləri Nazirliyi Nefedovanın daha əvvəldən etməli olduğunu edib. Belə ki, rəhbərlik Mehman Əkbərovun 2008-ci ildən bəri bu obyekti icarəyə götürməsi barədə razılaşmaya xitam verilməsini tələb edib.

Yanvarın sonunda nazirlik daha 3 icarəyə verilmiş obyektin razılaşmasına xitam verilməsi barədə iddia qaldırıb. Onlardan biri Əliyev Xaliq Qədim oğluna, İsgəndərov Qurbana və Yelene Petrovaya məxsusudur.

Xaliq Əliyev İrkutskın Kuybışev rayonunda qeydiyyatdadır. Arbitraj məhkəməsinin məlumatına əsasən onunla bağlı heç bir məhkəmə işi yoxdur(icarə razılaşmasına xitam verilməsi istisna olmaqla).

Qurban İsgəndərov 2014-2015-ci illərdə Novo-Lenino rayonunda yerləşən pavilyonda qeyri-qanuni spirtli içki satışıyla məşğul oluğuna görə 2 dəfə cərimə olunub. Yelena Petrovanın icarəyə götürdüyü obyekt də həmin ərazidə yerləşir.

BBC Rusca xidmətinin məlumatına görə Mehman Əkbərovun, Qurban İsgəndərovun və Yelena Petrovanın "Boyarışnik"in istehsalı və ya satışına aidiyyatı olub-olmaması barədə heç bir məlumat yoxdur.