İstanbul hücumunda şübhəli şəxs "Əfqanıstanda təlim keçib"

This handout picture released by the Turkish police and taken from Dogan News Agency on January 16, 2017 shows the main suspect in the Reina nightclub rampage captured by Turkish police Fotonun müəllifi AFP
Image caption Polis saxlanılmış şübhəlinin bu qanlı fotosunu paylaşıb

Yeni il gecəsi İstanbuldakı Reina klubuna hücumda əsas şübhəli bilinən şəxs Əfqanıstanda təlim keçib, İstanbul meri bildirir.

Vasip Şahinin sözlərinə görə Özbəkistan vətəndaşı Abdulkadir Maşaripov Türkiyəyə 2016-cı ilin yanvar ayında gəlib.

Cənab Şahin deyib ki, şübhəli öz günahını etiraf edib və onun barmaq izləri hadisə yerində tapılan izlərlə üst-üstə düşür.

Abdulkadir Maşaripovun həbsindən dərhal sonra çəkilmiş şəklində onun üzü zədələnib və qanla örtülüb, polis işçisi boğazından yapışıb.

Abdulkadir Maşaripov hücum zamanı 39 nəfəri güllələməkdə ittiham olunur.

Türkiyə polisi geniş axtarış tədbirləri nəticəsində onunla yanaşı 1 İraq vətəndaşı və 3 qadını saxlayıb. Özbəkistan vətəndaşı olan şəxsin İstanbulun Esenyurt rayonunda yaxalandığı deyilir.

Hücum zamanı İsrail, Fransa, Tunis, Livan, Hindistan, Belçika, İordaniya və Səudiyyə Ərəbistanı vətəndaşları həlak olub və onlarla insan yaralanıb.

Özünü İslam Dövləti (İD) adlandıran qrup, Türkiyənin Suriyada hərbi iştirakının əvəzi olaraq, hücumun arxasında olduğunu deyib.

Hücumçü kluba taksi ilə gəlib, avtomobilin arxasından silahı götürərək kluba girib.

O, Yeni il bayramını qeyd edən insanlara təsadüfi atəş açıb.

Keçən il iyul ayında baş vermiş çevrilişə cəhddən sonra qüvvəyə minmiş fövqəladə qanunlara görə türk polisi şübhəli şəxsi ittihamdan öncə 30 günə qədər dindirə bilər.

Cənab Şahin bildirib ki, şübhəli şəxs saxlanılarkən dörd yaşlı oğlu onunla olmayıb.

"O, Əfqanıstanda təlim keçib və dörd dildə danışa bilir. O, yaxşı təlim keçmiş terrorçudur", cənab Şahin deyib.

Reina hücumunda həyatını itirənlər kimlərdir?

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İstanbulda hücumun şahidi: Kişi atəş açanda mən huşumu itirdim

Polis reyd zamanı həmçinin silah-sursat, iki dron və təxminən 200000 dollar aşkar edib.

Prezident Recep Tayyip Erdoğan əməliyyatdan sonra təhlükəsizlik qüvvələrini təbrik edib.

"Bu gündən sonra bu ölkədə heç kim məsuliyyətdən yaxa qurtara bilməyəcək. Hər kəs qanun qarşısında cavab verməli olacaq", o, Ankarada deyib.

Böyük yüngüllük

BBC müxbiri Mark Lowen İstanbuldan xəbər verir

Bu, polisin nəhəng axtarışlarının kulminasiya nöqtəsi idi: İstanbul yaxınlığında Esenyurt-a reyd nəticəsində Reina hücumunda şübhəli, özbək Abdulkadir Maşaripov yaxalandı.

Paylaşılan fotolarda boz mayka geyinmiş bu şəxsin boğazından tutulduğu və və üzünün ağır yaralandığı görünür.

Şübhəlinin Türkiyədən İD-in nəzarəti altında olan ərazilərə qaçmasına dair narahatlıqlar var idi.

Türkiyə hakimiyyəti onun saxlanılması ilə böyük yüngüllük hiss edəcək, hərçənd onlar üçün daha böyük mübarizə bu ölkənin təhlükəsizliyini təmin etmək və Türkiyədə terror dalğasının qarşısını almaq bir addım öncə olmaqdır.


Məlumatlara görə, polis bu şəxsi qırğız dostunun evində, 4 yaşlı oğlu ilə birgə tapıb. Media yazır ki, şübhəlinin dostu və daha 3 qadın da saxlanıb.

Hürriyet qəzeti yazır ki, polis idarəsinə aparılmazdan öncə həkim müayinəsindən keçiriləcək.

Fotonun müəllifi AP
Image caption Şübhəli Özbəkistandandır
  • Özbəkistandan olan şübhəli, məlumatlara görə, 2016-ci ilin əvvəllərində ailəsi ilə Konyaya gəlib
  • Onun Əbu Muhammed Horasani kimi də tanındığı deyilir.
  • Türkiyə mətbuatına İD üzvü kimi təsvir edilir

Bu barədə daha geniş