Türkiyədə işsizlik artıb

işsizlik Fotonun müəllifi Getty Images

Türkiyə Statistika Komitəsinin (TÜİK) verdiyi acıqlamaya görə, 2016-cı ilin oktyabrında işsizlik səviyyəsi 11,8 faiz təşkil edib. Bu rəqəm 2010-cu ilin mart ayından sonra qeyd alınan ən yüksək rəqəmdir.

2016-cı ilin oktyabr ayında ötən ilə nisbətdə işsizlərin sayı 500 min artaraq 3 milyon 647 nəfərə çatıb.

Beləliklə işsizlik nisbəti artaraq 1,3 faiz təşkil edib.

15-24 yaş arasında olan işsizlərin sayı 1,9 faiz artaraq 21,2 faizə çatıb.

Avqust və sentyabr aylarında isə işsizlik 11,3 faiz qeyd olunub.

İqtisadçılar iqtisadiyyatda yaranan durğunluq nəticəsində işsizlərin sayının artacağını proqnozlaşdırmışdılar.

Türkiyə istisadiyyatı 2106-cı ilin 3-cü rübündə ondan əvvəlki ilin həmin rübü ilə müqayisədə 1.8 faiz azalmışdı.

TÜİK-nin verdiyi açıqlamaya görə Türkiyə iqtisadiyyatında tənəzzül 27 rübdən sonra ilk dəfə meydana gəlib.

İqtisadiyyatda son dəfə belə tənəzzül 2009-cu ildə qeydə alınıb.

Bu barədə daha geniş