Diyarbakır və Şırnakda partlayışlar baş verib

Şırnakdaki partlayışda 5 nəfər yaralanıb Fotonun müəllifi DHA
Image caption Şırnakdaki partlayışda 5 nəfər yaralanıb

Türkiyənin Diyarbakırın Sur mahalında inşaat zibil tullantılarının töküldüyü əraziyə atılan partlayıcının işə düşməsi nəticəsində bir polis həlak olub, 3 polis yaralanıb. Şırnakdakı partlayışda isə 5 nəfər yaralanıb.

"Doğan Haber Ajansı" (DHA) agentliyinin verdiyi məlumata görə Diyarbakırın Sur mahalında inşaat zibil tullantılarının töküldüyü , Dicle Universitetinin yerləşdiiyi ərazinin yaxınlığındakı məzarlığın divarlarının dibinə yerləşdirilən partlayıcı cihaz polis maşını ordan keçən zaman işə düşüb.

İlkin məlumatlara görə, partlayış zamanı 1 polis ölüb, 3 polis yaralanıb.

Anadolu Ajansı(AA) isə Dicle Universiteti yaxınlığında polis heyətinə qarşı hücum təşkil olunduğu və hadisə yerinə çoxlu sayda təcili yardımın göndərilməsi barədə məlumat yayıb.

AA-nın məlumatında bir polisin həlak olduğu, 4 nəfərin yaralandığı bildirirlib.

Şırnakda partlayış: 5 yaralı

DHA bir qədər əvvəl isə Şırnakın Dicle məhəlləsində partlayış barədə məlumat yayıb.

Agentliyin məlumatında partlayışın içməli su tədarükçüsü olan firmaya məxsus ərazidə baş verdiyi və nəticədə 5 nəfərin yaralandığı bildirirlib.

Bu barədə daha geniş