Rusiya innovativ iqtisadiyyatlar arasında geriləyib - beynəlxalq reytinq

Российский рубль Fotonun müəllifi Reuters
Image caption Rusiya iqtisadiyyatı sanksiyalar və neftin ucuzlaşmasından əziyyət çəkir, ekspertlər bildirir.

Bloomberg Innovation Index reytinqinə əsasən ötən ilə nisbətdə 14 pillə geriləyən Rusiya ən innovativ iqtisadiyyata malik ölkələr siyahısında 26-cı yeri tutub.

Bu reytinq siyahısına daxil olan ölkələr arasında ən sürətli enişdir.

Reytinqdə ən üst sətiri Cənubi Koreya zəbt edib. Onun ardınca İsveç və Almaniya gəlir.

Siyahı tərtib edilərkən elmi tədqiqatlara yönələn vəsaitlərin həcmi və yüksək texnologiyalı şirkətlərin sayı kimi amillər nəzərə alınır.

Ən innovativ 10 ölkə siyahısına həmçinin İsveçrə, Finlandiya, Sinqapur, Yaponiya, Danimarka, ABŞ və İsrail aid edilib.

Reytinqdə cəmi 50 ölkə təmsil olunub.

"Sanksiyaların tətbiqi və ardıcıl olaraq iki il ərzində enerji daşıyıcılarına qiymətlərin düşməsi nəticəsində Rusiya istehsalat və əmək səmərəliyi sahəsində ötən ilki stabil göstəriciləri əldən verib", - reytinqin müəllifləri bildirir.

Dünya Bankının təhililinə görə 2017-2018-ci illərdə Rusiya iqtisadiyyatı yenidən genişlənməyə başlayacaq.

Hərçənd ki, ölkənin artım tepmlərinin çox cuzi olacağı proqnoz edilir.

Təhlilə əsasən Rusiya hökuməti büdcənin sabitliyi və sosial sahəyə yönələn xərclərin ixtisarı arasında çətin seçimlə üz-üzə gələcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş