Peskov Trump-ın müşavirinə: Ruslar qar yemir

Peskov Fotonun müəllifi Getty Images
Image caption "Ruslar qar deyil, ləziz məhsulları yeyirlər", - Peskov deyir.

"Ruslar qar deyil, tətbiq edilən sanksiyaların sayəsində daha çoxalan yerli ləzzətli məhsulları yeyirlər".

Kreml ABŞ-ın yeni prezidenti Donald Trumpın müşavirinin acıqlamasını belə şərh edib.

Müşavir rusların yaşamaq üçün "qar yeməyə hazır olduqlarını" bəyan edib.

Jurnalistlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan Davos İqtisadi Forumunda iştirak edən ABŞ prezidentinin müşaviri Anthony Scaramuccinin sözlərinə rəsmi Kremlin münasibətini öyrənib.

Prezident Barack Obama administrasiyasının Ruysiyaya qarşı tətbiq etdiyi sanksiyalar rus millətinin "xasiyyəti ucbatından" əks effekt verdi, ABŞ prezidentinin müşaviri bildirib.

"Mən düşünürəm ki, ruslar sağ qalmaq üçün qar yeməyə belə hazır idilər. Amma, zənnimcə tətbiq edilən sanksiyalar çox güman ki, xalqın prezidentin ətrafında toplanmasına səbəb oldu "- TASS agentlyinə müsahibəsində Scaramucci deyib.

Peskov sanksiyaların əks təsir göstərməsi fikriylə razılaşsa da, Rusiya vətəndaşlarının "qar yeməyə hazır olmaları" barədə fikirləri qəbul etməyib.

"Sanksiyaların əksər hallarda tətbiq edilən və tətbiq edən ölkə üçün əks təsir göstərməsi barədə dəfələrlə danışmışıq. Bu bənzətmələrə gəldikdə isə bununla razılaşmaq olar, amma mən bunu dəqiqləşdirim. Ruslar qar deyil, yerli istehsal olan ləzziz məhsullar yeyir. Bunda isə tətbiq edilən sanksiyaların rolu böyükdür"- deyə Dmitri Peskov qeyd edib.

Bu günlərdə Donald Trumpın özü də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə danışaraq nüvə silahı məsələsində razılıq əldə olunacağı təqdirdə sanksiyaların qaldırılmasının mümkünlüyünü bəyan etmişdi.

"Rusiya ilə müsbət razılaşmaları nəzərdən keçirək. Mən düşünürəm ki, bunun üçün ilkin olaraq nüvə silahını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. Bu da prossesin əsas hissəsi sayıla bilər ", - "Times"a müsahibəsində Trump deyib.

Ötən həftə "Wall Street Journal"a müsahibəsində də yeni seçilmiş prezident Donald Trump Rusiyaya qarşı sanksiyaların "heç olmasa bir müddət" qüvvədə qalacağını bildirmişdi.

Bununla yanaşı o, müəyyən şərtlər qarşılığında sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü də istisna etməyib.

"Əgər rəsmi Moskva terrorla mübarizədə və ABŞ üçün vacib məsələlərdə öz faydasını nümayiş etdirsə, o zaman sanksiyalar ləğv edilə bilər".

Ötən həftə vəzifəsini tərk etmək üzrə olan prezident Barack Obama administrasiyası Rusiyaya qarşı tətbiq edilən sanksiyaları daha bir il uzadıb.

Barack Obama bunu Rusiyanın Ukraynanın şərqindəki silahlı münaqişədə rol almasıyla əlaqələndirib.

Bu barədə daha geniş