Ukrayna və Rusiya Londonda 3 milyard dollara görə mühakimə olunur

Виктор Янукович, Владимир Путин Fotonun müəllifi Reuters
Image caption Viktor Yanokoviç və Vladimir Putin, putinin krediti elan etdiyi gün, 17 dekab 2013-cü il

Bu gün London Ali Məhkəməsində Rusiyanın Ukraynadan 3 milyard dollar dəyərində kreditin qaytarılmasıyla bağlı qaldırdığı iddia ərizəsinə baxılıb.

Kredit, Maydan zamanlarında Viktor Yanukoviç hökumətinə verilib. Ukrayna bunu o vaxtki prezidentə verilən siyası rüşvət hesab edir.

İngiltərə və Uels Ali məhkəməsində, hakim William Blairin sədriliyi ilə keçiriləcək dinləmələr plan üzrə 3 gün davam edəcək.

2013-cü ilin sonunda Kiyevdə Maydanda etirazçılar düşərgəsinin böyüdüyü və ilkin qarşıdurmaların baş verdiyi zaman Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Viktor Yanukoviçə avroistiqrazların alınması şəklində 15 milyard dollar kredit verməyi vəd edib.

Putin bunu Ukrayna xalqına qardaş köməyi kimi adlandırsa da, xalqın böyük hissəsi və şərhçilər bunu Yanukoviç hakimiyyətinə siyasi dəstək kimi qiymətləndiriblər.

İki aydan sonra Yanukoviç devrildi, bu müddət ərzində Rusiya Ukraynadan 3 milyard dollar dəyərində avroistiqrazlarını almağa nail olub.

Kreditin bağlanması müddəti 2015-ci ilin dekabrında sona çatırdı, lakin Ukrayna bu pulları ödəməkdən imtina etdi. 2016-cı ilin yazında Ukraya prezidenti Petro Poroşenko imtinanı təsdiqləyək kredit borcunun qaytarılmasının qeyri-müəyyən vaxta keçirildiyini bildirib.

2016-cı ilin dekabrında London Ali Məhkəməsinə iddia ərizəsiylə müraciət edən Rusiya, Ukraynadan 3 milyad dollar və faiz gəliri olaraq 75 milyon dollar tələb edib.

Rusiya kreditin qanuni olduğunu və o zamankı Ukrayna hökumətinin bu borcu qaytarmağa söz verdiyini iddia edib.

Əlaqəli mövzular