Moldova Rusiya ilə əməkdaşlığa görə Aİ sazişindən imtina etməyə hazırdır

Dodonun fikrincə Moldovaya "Putin kimi lider" lazımdır Fotonun müəllifi EPA
Image caption Dodonun fikrincə Moldovaya "Putin kimi lider" lazımdır

Moldova Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlıq etmək üçün Aİ ilə 2014-cü ildə əldə olunmuş "yol xəritəsi" sazişini ləğv edə bilər.

Bu barədə respublika prezidenti İqor Dodon Moskvaya rəsmi səfəri zamanı bildirib.

Dodon yaxın həftələrdfə Aİİ ilə əməkdaşlıq çərçivəsində memorandumun imzalanması barədə müzakirələrin başlanacağını qeyd edib və bunun digər razılaşmalara zidd olmadığını vurğulayıb.

Aİİ-yə keçmiş SSRİ-nin tərkibindı olan 5 respublika - Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

"Növbəti addım atmaq üçün "yol xəritəsi" sazişi yenidən nəzərdən keçirilməli və ya ləğv edilməlidir"-deyə Dodon bildirib.

AB sazişinin respublikaya müsbət təsiri olmadığını qeyd edən Moldova lideri "ölkə Rusiya bazarını itirdi və bununla yanaşı bizim Avopaya idxal həcmi də aşağı düşdü" deyib.

Dodon həmçinin Rusiya prezidenti Vladimir Putindən Moldovanın Aİİ-də və Avropa İqtisadi Komissiyasında müşahidəçi olması məsələsini nəzərdən keçirməsini xahiş edib.

Yaxşı təkliflər gözləntisi

Politoloq Qleb Pavlovski "İnterfaks" agentliyinə verdiyi müsahibədə Dodonun Aİ sazişini pozması barədə bəyanatından xəyallara qapılmamağa çağırıb.

Onun fikrincə, Dodonun bu mövqeyi daha yaxşı təkliflər almaq üçün Rusiya ilə Aİ araında manevr etmək məqsədi güdür.

"Sözsüz ki, balaca və kasıb bir ölkənin prezidenti maddi gəlirlərdə maraqlıdır və Aİ tərəfindən əlavə, Aİİ tərəfindən isə digər vədlər alacağına ümid edir.

İstənilən halda bu zaman tələb edir və siyasi gözləntilərlə müşahidə edilir. Dodonun siyası düşmənləri isə onu gözləmyəcəklər.

Ölkədə vəziyyət çox çətindir və mən deyə bilmərəm ki yeni rəhbərlik vəziyyətə hakim olduğunu nümayiş etdirir. Dodon çox gözəl başa düşür ki, ölkədə iqtisadi vəziyyət tezliklə düzələ bilnməz və bu da siyasi əleyhdarlarının ona daima zərbə vurmasına səbəb olacaq", - deyə ekspert deyib .

İqor Dodon ötən ilin payızında keçirilən prezident seçkilərində qalib gəlib. Seçki kampaniyası zamanı Dodon Rusiya ilə iqtisadi münasibətləri tam həcmdə bərpa edəcəyinə dair söz verib.

Dodonun fikrincə Moldovaya "Putin kimi lider" lazimdır və Krım Rusiyaya məxsusudur.

Əlaqəli mövzular