Türkiyə: şübhəli Reina klubunun "təsadüfən" seçildiyini deyir

Abdulgadir Maşaripov İstanbulun Esenyurt rayonunda həbs edilib Fotonun müəllifi Reuters
Image caption Abdulgadir Maşaripov İstanbulun Esenyurt rayonunda həbs edilib

İstanbulda Yeni İl gecəsi 39 nəfəri öldürməkdə şübhəli bilinən şəxs deyib ki, məkan təsadüfi seçilib, yerli media deyir.

Abdulgadir Maşaripov bildirib ki, özünü İslam Dövləti (İD) adlandıran qrup ona Taksimdə istənilən əraziyə hücum etməyi tapşırıb.

Lakin o yüksək təhlükəsizlik tədbirlərinə görə hədəfini dəyişməli olub, Hürriyet qəzeti yazıb.

Milliyyəti özbək olan bu şəxs bazar ertəsi Türkiyə polisi tərəfindən tutulub.

Abdulgadir Maşaripov ona təlimatın İD-in Suriyadakı iqamətgahından- Rəqqadan gəldiyini deyib, qəzet bildirib.

"Yeni il gecəsi Taksimə gəldim, amma təhlükəsizlik tədbirləri yüksək idi. Hücum etmək imkanı yox idi", qəzet ondan sitat gətirib.

"Mənə bu ərazidə yeni hədəf seçməyim barədə təlimat verildi. Reina hücum üçün əlverişli idi. Orada təhlükəsizlik tədbirləri o qədər də yaxşı deyildi."

BBC Hürriyet qəzetinin, polisin yaydığı bəyanata əsasən yazdığı bu məlumatı başqa yerdən dəqiqləşdirə bilməyib.


Hücum zamanı İsrail, Fransa, Tunis, Livan, Hindistan, Belçika, İordaniya və Səudiyyə Ərəbistanı vətəndaşları həlak olub və onlarla insan yaralanıb.

Özünü İslam Dövləti (İD) adlandıran qrup, Türkiyənin Suriyada hərbi iştirakının əvəzi olaraq, hücumun arxasında olduğunu deyib.

Hücumçü kluba taksi ilə gəlib, avtomobilin arxasından silahı götürərək kluba girib.

O, Yeni il bayramını qeyd edən insanlara təsadüfi atəş açıb.

Reina hücumunda həyatını itirənlər kimlərdir?


Abdulgadir Maşaripov kimdir?

Fotonun müəllifi AP
Image caption Şübhəli Özbəkistandandır
  • Özbəkistandan olan şübhəli, məlumatlara görə, 2016-ci ilin əvvəllərində ailəsi ilə Konyaya gəlib
  • Onun Əbu Muhammed Horasani kimi də tanındığı deyilir.
  • Türkiyə mətbuatına İD üzvü kimi təsvir edilir

Bu barədə daha geniş