Snowden-in Rusiyada yaşama izni 2020-ci ilə qədər uzadılıb

Snowden Fotonun müəllifi Reuters
Image caption Snowden Rusiyada daha bir neçə il qalacaq

Rusiya rəhbəliyi ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edward Snowdenin ölkədə yaşama iznini 2020-ci ilə qədər uzadıb.

Bu barədə Rusiya Xarici İşlər Nazırliyi BBC-yə açıqlamasında bildirib. Məlumatı amerikalının vəkili də təsdiqləyib.

"Ria Novosti" agentliyinə açıqlama verən vəkil Snowdenin yaxın günlərdə Rusiya vətəndaşlığı alması üçün bütün hüquqi əsasları olduğunu qeyd edib.

Bir qədər əvvəl Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarova Snowdenin "daha bir il" Rusiya qala biləcəyini bəyan etmişdi. Zaxarova Facebookda CİA direktorunu keçmiş müavini Michael Morellonun bəyanatını şərh edərkən yaşama izninin uzadıldığınl qeyd edib. Michael Morello Snowdenin ABŞ-a təhvil verilməsinin yeni seçilmiş prezident Donald Trumpın inaqurasiya mərasiminə gözəl hədiyyə olacağını bəyan edib.

2013-cü ildə Snowden məxfi materialları "Guardian" qəzetinə və digər KİV-lər təqdim edib. Sənədlərdə Amerika xüsusi xidmət orqanlarının gizlin müşahidələr barədə məlumatlar yer alıb. Bu da beynəlxalq qalmaqala səbəb olub.

Snowdeni dövlət əmlakını mənimsəməkdə ittiham edən ABŞ onu həmçinin milli müdafiəyə məxsus materiallardan qeyri-qanuni istifadədə və məxfi məlumatları qəsdən açıqlamaqda günahlanırır.

Fotonun müəllifi Getty Images
Image caption Snowden 2013-cü ildə Rusiyadan müvəqqəti sığınacaq alıb

2013-cü ildə Rusiyadan müvəqqəti sığınacaq alan Snowden sonradan 3 illik yaşama izni əldə edib.

2016-cı ildə "Financial Times"-a müsahibə verən Snowden hələ də "ABŞ-a xidmət etdiyini" və "sonunda Rusiyanı tərk edəcəyini" bildirib. O, həmçinin Rusiya hökumətini vətəndaşların hüquqlarını pozmaqda ittiham edib.

ABŞ prezidenti postunu tərk etməkdə olan prezident Barack Obama "WikiLeaks" in informasiya mənbəyi Chelsea Manning-in cəzasını yüngüləşdirib.

35 il həbs cəzası alan Chelsea-nın bu ilin may ayında azadlığa cıxacağı gözlənilir. Twitterdə Manning-ə etdiklərinə görə təşşəkkür edən Snowden həmçinin onu azad etdiyinə görə Barack Obamaya da minnətdarlığını bildirib.

Bir qədər əvvə Obama Snowdeni əfv etmək imkanı olmadığını bəyan etmişdi.

Bu barədə daha geniş