Rusiya və Türkiyə "İslam Dövlətinə" qarşı birgə hava hücumları edib

Fotonun müəllifi DHA

Rusiya və Türkiyə ilk dəfə olaraq, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı Suriya daxilində birgə hücumlar həyata keçirib, Rusiya Müdafiə Nazirliyi bəyan edib.

İD Hələb əyalətinin əl-Bab şəhəri kənarlarında hədəfə alınıb. Türkiyə bu ərazidə ötən ay ağır itkilərə məruz qalmışdı.

Rusiya sözçüsü leytenant-general Sergey Rudskoy deyib ki, birgə aksiya "çox effektli" olub.

Rusiya və Türkiyə Suriyanın vətəndaş müharibəsində aparıcı xarici oyunçulara çevriliblər.

Türkiyə sərhədindən 20 km aralıda yerləşən əl-Bab, Türkiyənin 5 aydır ki, İD və kürd qüvvələrinə qarşı hücumlarının əsas hədəfi idi.

Bu barədə daha geniş