Ən çox qazanan klub "Manchester United"dir

Manchester United Fotonun müəllifi Getty Images

"Manchester United" ötən mövsüm dünyanın ən çox gəlir əldə edən klubu oldu.

Ən çox qazanan klublar arasında iki türk klubu da var. Fenerbahçe siyahının 25-ci, Galatasaray isə 26-cı sətirini tutub.

"Deloitte" maliyyə şirkətinin hesabatına görə 2015-2016 ilin mövsümündə 689 milyon avro dəyərində gəlir əldə edən "Manchester United" 11 ildir bu siyahıya liderlik edən "Real Madrid"i geridə qoyub.

Premier Liga heyətinin gəlirləri əvvəlki mövsümlə müqayisədə 100 milyon avro artıb.

Hesabata görə ötən mövsüm 157, 7 milyon avro qazanan Fenerbahce və 155,9 milyon avro əldə edən Galatasaray bu siyahıya daxil olmağa nail olub.

Siyahının ilk 20 pilləsində yer alan digər klubların gəlirləri isə 12 faiz artaraq 7,4 milyard avro təşkil edib və record qırıb.

Fotonun müəllifi Getty Images
Image caption "Deloitte" in sıyahısına daxil olmağa nail olan iki türk klubu - Fenerbahçe 25, Galatasaray 26-cı yerdədir

"Manchester United" 2003-2004 il mövsümündən bu yana ilk dəfə birinci olub.

"Real Madrid" əzəli rəqibi "Barcelonadan" bir pillə geridə qalaraq üçüncü yerdə gəlir.

Almaniyanın "Bayern Munich" klubu 4, "Manhcester City" isə 524, 9 milyon avro gəlirlə beşinci yerdə qərarlaşıb.

Siyahının ilk 20 pilləsini tutan Premyer Liqanın 8 klubunun gəliri toplam 3,3 milyard avrodur.

Premyer Liqanın ötən mövsümünün çempionu Leicester City 172 milyon avro gəlirlə ilk dəfə olaraq 20-likdə yer alıb. "Arsenal" 7-ci, "Chelsea" 8-ci, "Liverpool" 9-cu, "Tottenhem" 12-ci, "West Ham" isə 18-ci yeri tutub.

Əlaqəli mövzular