Dağlıq Qarabağda Ermənistan əsgəri "ölüb"

Dağlıq Qarabağ əsgər

Dağlıq Qarabağda atəşkəsin pozulması nəticəsində bir əsgər "ölüb", news.am bildirib.

Ermənistan mediası yazır ki, "tanınmamış Dağlıq Qarabağ Müdafiə Ordusu"nun əsgəri, 1995-ci ildə doğulmuş Karen Ulubabyan bazar günü gecə saat 11.25-də vurulub.

Bu məlumat Azərbaycan tərəfindən təsdiq edilməyib.

Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, həmin gün gündüz saatlarında Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) atəşlə məhv edilib.

Nazirlik ötən sutka ərzində atəşkəs rejiminin ümumilikdə 36 dəfə pozulduğunu bildirib.

Azərbaycan və Ermənistan 1990-cı illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı səbəbilə münaqişə vəziyyətindədir. Müharibəyə səbəb olmuş münaqişə dövründə 1994-cü ildə atəşkəs imzalansa da, tərəflər tez-tez atəşkəsin pozulmasına dair məlumatlar paylaşır və bir-birini ittiham edir.

Bu barədə daha geniş