İsrail millət vəkili: "İsrail Lapşinə sədaqətli olmalıdır"

Ksenia Svetlova
Image caption İsrailin Fəhlə Partiyasından millət vəkili Ksenia Svetlova

Rus və İsrail vətəndaşı Aleksandr Lapşin Belarus paytaxtı Minskdə Azərbaycanın sorğusu əsasında 14-15 dekabr gecəsi saxlanmasından artıq bir aydan çox vaxt keçib və onun barəsində artıq Azərbaycana ekstradisiya qərarı qəbul olunub.

Tanınmış səhayətçi bloqer Qarabağa "2011-ci ildə qanunsuz olaraq səfər etdiyinə və bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə" ittiham olunaraq Azərbaycanın sorğusu nəticəsində saxnlanılıb.

Cənab Lapşinin həyat yoldaşı Ekaterina Kopilova və anası onun işi ilə bağlı İsrail millət vəkili Kseniya Svetlovaya müraciət edərək jurnalistin azadlığa buraxılması üçün köməyini istəyiblər.

Bu müddətdə İsrail və Rusiya konsulları onunla görüşüb Azərbaycan rəsmilərilə əlaqə saxlaya bilsələr də, onun buraxılmasına nail ola bilməyiblər.

Əvəzində, keçən həftə Belarus onun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edib.

BBC Azərbaycanca ilə müsahibəsində, xanım Svetlova İsrail dövlətinin cənab Lapşinə "sədaqətli olmalı" olduğunu deyib və jurnalistin həbsindən sonra baş verənlərdən danışıb.

Məhşur bloqer və üzr məktubu

İsrailin Fəhlə Partiyasının millət vəkili Ksenia Svetlova Aleksandr Lapşin barədə hələ siyasət karyerasına başlamazdan əvvəl, jurnalist olduğu vaxtlarda öyrəndiyini və onu izlədiyini deyib.

"O rus bloqosferində artıq məhşur idi. O Minskdə həbs ediləndə onun ailəsi - anası və yoldaşı Ekaterina - mənim facebookuma yazıb məndən kömək istədilər", xanım Svetlova deyib.

Kamerasında ona yalnız vəkilləri ilə görüşməyə icazə verildiyini deyən millət vəkili, onun ekstradisiyası barədə qərarın artıq keçən həftə verildiyini, lakin onun vəkillərinin bu qərara qarşı məhkəməyə müraciət etdyini deyib.

Fotonun müəllifi MAXIM MALINOVSKY/AFP/Getty Images
Image caption Puerrtto ləqəbli bloqqer Aleksandr Lapşin Minskə səfəri zamanı saxlanılıb

Ekstradisiya qərarına qarşı Lapşinin vəkillərinin müraciət etmələrinə 7 gün qaldığını deyən xanım Svetlova əlavə edib ki, "bundan sonra da Ali Məhkəməyə apelyasiya şikayəti göndərə bilərlər. Buna görə də proses təxminən bir ay çəkə bilər".

Azərbaycan tərəfilə İsrail və Rusiya rəsmilərinin əlaqə olduğunu qeyd edən xanım Svetlova cənab Lapşinin Azərbaycan hökumətinə üzr məktubu unvanlandırdığı təqdirdə buraxılma ehtimalına onun ailəsinin hələ ki, şübhə ilə yanaşdığını deyib.

Ailənin onun azadlığa buraxılacağı barədə qarantiyalar istədiyini deyən millət vəkili, Azərbaycandan ailəyə bu vədi verən rəsmi məktub xahiş etdiyini, lakin bu xahişə cavab almadığını deyib.

Xanım Svetlova artıq cənab Lapşinin "Azərbaycan tərəfinə üzr məktubunu göndərdiyini" bildirib, "çünki görünür ki, bu vəziyyətdə itiriləsi artıq heç nə yoxdur", o əlavə edib.

Lakin o, Azərbaycandan bu müraciətə hələ cavab gəlmədiyini vurğulayıb.

"Cəfəng iddialar"?

Üzr məktubu qəbul edildiyi təqdirdə cənab Lapşinin Azərbaycana ekstradisiyanı qəbul edib-etməmək barədə xanım Svetlova, qarantiya olsa "ailə üçün bu qərarı vermək daha asan olacaq" deyib.

Lakin o vurğulayıb ki, ailə Azərbaycanın ekstradisiya məktubunda "kriminal dəstə yaratmaq kimi cəfəng ittihamları görəndə...təbii ki, bir az şübhələnir".

Lapşin və ailəsi

Lapşinin ailəsinin "çox narahat" olduğu deyən xanım Svetlova, yoldaşı Ekaterina Kopilovanın "körpə uşağı ilə hazırda Minskdə, evlərindən uzaqda" qaldığını və hər gün Lapşinin azalığa buraxılması üçün əlindən gələni etdiyini deyib.

Lapşinin anasının "pərişan" olduğunu və jurnalistlərin sualları nəticəsində tez-tez ağladığını deyən millət vəkili həmçinin Lapşinin özünün hal-hazırda "depressiya olduğunu" deyib.

"O öz azadlığının nə vaxtsa təhlükədə olacağını təssəvür belə edə bilmirdi", o əlavə edib.

Xanm Svetlova həmçinin onu da vurğulayıb ki, cənab Lapşin yenidən daha bərbad vəziyyətdə olan kameraya köçürülüb və bunun "təzyiq hərəkəti" olub-olmadığını bilmədiyini deyib.

Bu addımın, təyziq olduğu təqdirdə "qeyri-qanuni" olduğunu deyən millət vəkili Belarusun həm İsrail, həm də Rusiya ilə yaxşı əlaqədə olduğu üçün "bu qəribə və tamamilə lüzumsuz hadisənin kimə lazım olduğunu anlamadığını" bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Xanım Svetlova Rusiya və İsrailin xarici işlər nazirliklərinin Aleksandr Lapşinin azadlığı uğrunda birgə fəaliyyət göstərdiyini deyib

İsrail ona "sədaqətli olmalıdır"

İsrail Xarici İşlər Nazirliyinin Rusiya, Azərbaycan və Belarusdan həmkarları ilə əlaqədə olduğunu deyən xanım Svetlova Lapşinin "onun son illər İsraildə, Rusiyada və ya Tiflisdə yaşamasının" onun İsrail tərəfindən müdafiəsinə heç bir təsiri göstərmədiyini deyib.

"O burda hərbi xidmətini yerinə yetirib. O bizim dövlətə sədaqətli olub və biz də ona sədaqətli olmalıyıq", deyib xanım Svetlova.

Bu barədə daha geniş