Erdoğan: Konstitusiya dəyişikliyi qərarını çox uzatmadan qəbul edəcəyik

Cumhurbaşkanı Recep Tayyip Erdoğan Fotonun müəllifi Getty Images

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Kontitusiya(Anayasa) dəyişiklikləri məsələsi ilə bağlı qərarlarını "çox uzatmadan" verəcəklərini söyləyib.

"Ölkəyə qayıdan kimi dərhal qərarımızı verəciyik və bunu təkrar Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərəcəyik"- deyə Madaqaskarda səfərdə olan hökumət başçısı bildirib.

Müxalif CHP-dən olan millət vəkilləri TBMM-nin Baş Məclisi tərəfindən təqdim edilən Konstitusiyaya dəyişikliklər edilməsiylə bağlı təklifin ölkə prezidenti tərəfindən dəstəklənəcəyi təqdirdə, onun ləğv edilməsi üçün Kontitusiya Məhkəməsinə müraciət edəcəklərini bidirmişdilər.

Recep Tayyip Erdoğan Konstitusiya Məhkəməsinin CHP-nin bu iddiasıyla bağlı qərarını qısa bir müddətdə verəcəyinə ümid etdiyini vurğulayıb.

"Müxalifət Kontitusiya Məhkəməsinə müraciət edə bilər. Bu məsələdə hər hansı bir əngəl və "niyə müraciət edirsən" demək haqqımız yoxdur. Amma biz bunlara öyrəncəliyik. Ölkəmizdə Konstitusiya Məhkəməsinə tez-tez getmək kimi bir vərdş anlayışı var. Ümid edirəm ki, Konsitusiya Məhkəməsi də bu məsələ ilə bağlı qərarını verər. Çünki millətimiz hazırda ciddi bir şəkildə, həyacanla atılacaq bu addımla bağlı hazırlıqlar görür," - jurnalistlərin CHP-nin Kontitusiya Məhkəməsinə müraciət etməsi ilə bağlı sualını cavablandıran Erdoğan belə deyib.

Bundan başqa Erdoğan Suriyanın şimalındakı vəziyyətə də öz münasibətini bildirib.

"Suriyanın şimalından təhlükə gördüyümüz müddətdə ora baxışımız fərqli, təhlükə görmədiyimizdə isə fərqli olacaq. Hazırda orda PYD ( kürdlərin Demokratik Birlik Partisi -red.) var və bunlar Türkiyə üçün təhlükə yaradır".

Bu barədə daha geniş