İranlı aktrisa Trump-a görə “Oskar” tədbirlərinə getməkdən imtina edir

Alidusti Fotonun müəllifi Getty Images
Image caption "Kommivoyajer" filmi üçün Əlidusti 2016-cı il Kann kinofestivalının əsas müsabiqəsində ən yaxşı aktrisa adına namizəd olub.

"Oskar" mükafatına namizəd iranlı aktrisa Təranə Əlidusti bəyan edib ki, Donald Trump-ın əksəriyyəti müsəlman olan bır sıra ölkə üçün ABŞ vizasını qadağan etmək planlarına qarşı etiraz əlaməti olaraq, mükafatın verilməsi mərasimində iştirak etməkdən imtina edər.

"Trump-ın İran əhalisinə viza qadağası irqçilikdir. Fərqi yox, istər mədəni, istərsə hər hansı başqa nə tədbir olur olsun, etiraz olaraq, kinoakademiyanın 2017-ci il mükafat vermə mərasiminə getməyəcəyəm", - aktrisa Twitter-ə yazıb.

Daha əvvəl Associated Press agentliyin ixtiyarında olan fərman layihəsinə istinadən xəbər vermişdi ki, Donald Trump əksər əhalisi müsəlman olan 7 ölkə vətəndaşları üçün vizalar verilməsini dayandırmaq niyyətindədir. Agentliyin məlumatına görə, fərman layihəsində İran, İraq, Suriya, Yəmən, Liviya, Somali və Sudan xatırlanır.

İranlı rejissor Əsgər Fərhadinin "Kommivoyajer" (The Salesman) filmində baş rolda çəkilən Təranə Əlidusti "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına namizədlərin qısa siyahısına (short-list) düşüb.

"Kommivoyajer" filmi üçün Əlidusti 2016-cı il Kann kinofestivalının əsas müsabiqəsində ən yaxşı aktrisa adına namizəd olub.

Fərhadi 2012-cidə "Nadirin Simindən ayrılması" filminə görə "Oskar" mükafatını alıb.