Erdoğan : Əl Babdakı işi bitirmək, daha dərinə getməmək lazımdır

Recep Tayyip Erdoğan Fotonun müəllifi EPA
Image caption Türkiyə prezidenti Recep Tayyip Erdoğan: " Təmənnam odur ki, Cenevrə prossesi və Astanada Rusiya və İranla birgə başladılan prosses rejimi müsbət bir nöqtəyə çəkər və Əl Bab məsələsi həll olunar"

Afrika səfərindən geri qayıdan zaman jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriyanın Əl Bab qəsəbəsindəki əməliyyatlara da münasibətini bildirib.

"Bundan sonrakı müddətdə sürətlə irəliləyərək işi bitirmək, daha dərinliyə getməmək lazımdır"-deyə Türkiyə prezidenti vurğulayıb.

Suriyanın şimalında Fərat Qalxanı Hərəkatı əməliyyatları son günlər Əl Bab qəsəbəsində şiddətlənib. Recep Tayyib Erdoğan və hökumət nümayəndələri Əl Babdan sonra Menbiçə doğru irəliləyəcəklərini söyləmşidi.

"Əl Babdan sonra Menbiçə, Raqqaya doğru irəliləyəcəyik" - deyə ötən ilin oktaybr ayında Erdoğan acıqlama vermişdi.

Erdoğan son açıqlamasında isə Fərat Qalxanı Hərəkatının bundan sonra atacağı addımlar və Əl Babda cənubdan irəliləyən Suriya ordu qüvvələriylə qarşı-qarşı gəlmə ehtimalları ilə bağlı bunları söyləyib: "Astanada keçirilən son danışıqlarla bir vaxt başladı və bu Cenevredə də davam edəcək.

Danışıqların hara qədər davam edəcəyini təbii ki, hazırda bilmirik. Bu, müsbət bir addımdır və ümid edirəm ki, tez bir zamanda nəticə verər.

Bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə görüşməyi düşünürəm. ABŞ prezidenti Donald Trumpla da üz-üzə görüşməzdən əvvəl bəlkə bir telefon görüşməsi ola bilər".

"Rejimlə onsuz da qarşı-qarşıyayıq"

Fotonun müəllifi AFP

"Əl Babdakı hadisələr məlumdur, Menbiç və Raqqa da var. Bizim burada əli bağlı dayanmamız mümkün deyil, atılacaq addımları tez bir zamanda atmalıyıq.

Onsuz da rejimlə qarşı-qarşıyayıq. Cərəblusda, Əl Raidə, Dabıkta da qarşı-qarşıya gəldik. Gözlənilən deyildi, amma başqaların köməyindən istifadə edildi.

Məsələn, Afrin əməliyyatlarında PYD(Demokratik Birlik Partiyası) və YPG(Xalqı Qoruma Birliyi) vardı. Təmənnam odur ki, Cenevrə prossesi və Astanada Rusiya və İranla birgə başladılan prosses rejimi müsbət bir nöqtəyə çəkər və Əl Bab məsələsi həll olunar.

Əl Babda bundan sonrakı müddətdə sürətlə irəlilələyərək işi bitirmək, daha dərinliyə getməmək lazımdır. Aparılan işlər bu istiqamətdədir "-deyə Türkiyə prezidenti vurğulayıb.

Türkiyə Silahlı Qüvvələrinin ÖSO (Müstəqil Suriya Ordusu) mənsublarınn da iştrakıyla həyata keşirdiyi Fərat Qalxanı Hərəkatı ötən ilin avqustunda başlayıb. Bu əməliyyatlarda bu günə qədər 45 əsgər həlak olub.

Türkiyə profili

Əlaqəli mövzular

Bu barədə daha geniş