Türkiyə: Aİ ilə miqrant razılaşması ləğv edilə bilər

Məhkəmə hərbçilərin işi üzrə Türkiyədə ədalətli araşdırma aparılacağına şübhələndiyini bildirib. Fotonun müəllifi AFP
Image caption Məhkəmə hərbçilərin işi üzrə Türkiyədə ədalətli araşdırma aparılacağına şübhələndiyini bildirib.

Ötən ilki dövlət çevrilişi cəhdindən sonra Yunanıstana qaçan türk hərbçilərinin qaytarılması barədə müraciətinə rədd cavabı alan Ankara Aİ-ni miqrant razılaşmasının ləğvi ilə hədələyib.

Yunanıstan Ali Məhkəməsi iyul ayında baş verən qiyam cəhdindən sonra Yunanıstana gələn səkkiz Türkiyə hərbçisinin ekstradisiyası barədə tələbi qeyri-qanuni tanıyıb.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu məhkəmənin qərarını "siyasi" adlandırıb və tələb edib ki, işə yenidən baxılsın.

Avropa İttifaqının nümayəndəsi razılaşmanın qüvvədə qalacağına əmin olduğunu deyib.

Üç mayor, üç kapitan və iki baş çavuş ötən ilin iyul ayında dövlət çevrilişi cəhdindən sonra helikopterlə Türkiyədən Yunanıstana qaçıblar.

Hərbçilər həmçinin prezident Recep Tayip Erdoğana qarşı sui-qəsd hazırladığı deyilən qrupla əlaqədə ittiham olunurlar.

İttiham olunan hərbçilər ekstradisiya edilsələr Türkiyədə həyatlarının təhlükə altında olacağını deyirlər.

Məhkəməyə sədrlik edən hakim Türkiyədə onların işi üzrə ədalətli araşdırma aparılacağına şübhələndiyini bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş