Britaniya və Türkiyə ticarət əlaqələrini müzakirə edirlər

Theresa May və Recep Tayyip Erdogan Fotonun müəllifi PA

Türkiyəyə səfər edən Böyük Britaniyanın baş naziri Brexit sonrası dövr üçün ikitərəfli ticarət sövdələşmələrini müzakirə edir.

Ankaraya ABŞ-dan gələn Theresa May Türkiyə prezidenti Recep Tayyip Erdoğanla təhlükəsizliklə bağlı mövzuları da nəzərdən keçirəcək.

"Onlar yeni ticarət əlaqələrini və strateji təhlükəsizlik tərəfdaşlığını müzakirə edəcəklər", - Britaniya hökumətinin nümayəndəsi görüşdən əvvəl bildirib.

Britaniya hökumətində Brexit məsələləri üzrə nazir David Davis deyib ki, qlobal ticarət razılaşmaları üzrə danışıqlar 12-24 ay ərzində tamamlanaraq Britaniya Aİ-dən çıxarkən qüvvəyə minəcək.

Britaniya hökuməti mart ayının sonunadək Lissabon sammitinin 50-ci maddəsini işə salmaqla ölkənin Aİ-dən çıxması ilə bağlı rəsmi danışıqlara start vermək niyyətindədir.

Fotonun müəllifi PA
Image caption Theresa May Mustafa Kemal Atatürkün məzarını ziyarət edir

Jonathan Marcus - BBC-nin diplomatiya və müdafiə müxbiri

Hazırkı vəziyyətdə həm Ankara həm də Londonun müttəfiqlərə ehtiyacı var.

Bir çoxları ehtiyat edir ki, Nato-nun mühüm üzvü olan Türkiyə prezident Recep Tayyip Erdoğanın rəhbərliyi altında daha avtoritar gələcəyə doğru istiqamət alır.

O, mətbuat azadlığını məhdudlaşdırır, tənqidi səsləri boğur və ölkəsini Aİ üzvlüyündən uzaqlaşdırır. Bu proseslər Avropa hökumətlərinin kəskin tənqidinə tuş gəlir.

Xanım May Brexit qərarından sonra "qlobal Britaniya" ideyasını önə çəkir.

Britaniya ilə Türkiyə təhlükəsizlik sahəsində yaxın əlaqələrə malikdir.

Türkiyə, özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı mübarizədə müttəfiqdir və Theresa May ölkələr arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına dair ilkin anlaşmanın əldə olunmasına çalışır.

Bununla yanaşı o, opponentlərinə göstərməlidir ki, xaricdəki əlaqələr insan haqları kimi dəyərləri qurban vermək hesabına qurulmur.

Bu barədə daha geniş