Tacikistanda qar uçqununda 7 nəfər həlak olub

Снег

Tacikistanın şimal və şərqində baş verən qar uçqunu nəticəsində 7 nəfər həlak olub.

Tacikistan xilasedicilərinin məlumatına görə 5 nəfər Düşənbə-Xudcand avtomobil yolunda həlak olub.

Onların getdiyi maşın yolda qar uçqununa tuş gəlib. Həlak olanların cəsədləri 150 metr dərinlikdən çıxarılıb.

Dağlıq Bədəxşanda isə təbii fəlakət nəticəsində 2 nəfər həlak olub.

Fövqəladə Hallar Komitəsinin məlumatına görə, Düşənbə ilə Soqdiy vilayətini birləşdirən avtomobil yoluna eyni anda 40 qar uçqunu enib və nəticədə 200 maşın qarın altında "əsir" qalıb.

Image caption Sinoptiklər yaxın günlərdə ölkədə havaların kəskin soyuyacağı və qar yağacağı barədə xəbərdarlıq ediblər

Tacik xilasediciləri 800 nəfəri, 50 yük maşınını və 150 avtomobili təxliyə edib.

BBC-nin Düşənbədən verdiyi xəbərə görə Tacikistanın şimalında, Düşənbə-Xoroq-Murqab avtomobil yolunda vəziyyət çətin olaraq qalır. Çoxlu qar uçqunlarından sonra yollar hələ də bağlıdır.

Sinoptiklər yaxın günlərdə ölkədə havaların kəskin soyuyacağını və qar yağacağını proqnozlaşdırıblar.

Bu barədə daha geniş