Tanınmamış Qarabağ parlamenti referendum layihəsini qəbul edib

Bako Sahakyan Fotonun müəllifi Getty Images
Image caption Yeni konstitusiya üzrə prezident parlament tərəfindən seçilir, və Bako Sahakyanın namizədliyi yenidən irəli sürülüb seçiləcəyi şübhə doğurmur.

Tanınmamış "Dağlıq Qarabağ Respublikasının parlamenti bazar ertəsi yarım prezident idarəçilik üsulundan tam prezident idarəçilik üsuluna" keçməsini nəzərdə tutan konstitusiya layihəsini qəbul edib. Referendumun fevralın 20-si keçiriləcəyi ehtimal olunur.

Yalnız "Veratsnund" ("Dirçəliş") partiyasını təmsil edən yeganə millət vəkili Hayk Xanumyan qərarın əleyhinə səs verib, daha 7 millət vəkili bitərəf olub.

Hayk Xanumyan hesab edir ki, konstitusiya "Yerevan üçün istəkli Bako Sahakyanın hakimiyyətdə qalması üçün yenidən yazılır".

Hazırda qüvvədə olan 2006-cı ildə qəbul olunmuş Konstitusiyaya əsasən, Bako Sahakyanın son ikinci prezidentlik müddətin bir neçə aydan sonra başa çatır.

Yeni konstitusiya üzrə prezident parlament tərəfindən seçilir, və Bako Sahakyanın namizədliyi yenidən irəli sürülüb seçiləcəyi şübhə doğurmur.

Bundan başqa, Bako Sahakyan 2020-ci ildə parlament seçkiləri ilə eyni vaxtda keçirələn prezident seçkilərində də namizəd ola bilər.

Beləliklə, hazırkı "DQR faktiki rəhbəri ta 2030-cu ilədək vəzifədə qala bilər", müxalif millət vəkili Hayk Xanumyan jurnalistlərə deyib.

"ANİ" erməni tədqiqat fondunun koordinatoru, jurnalist Tatul Hakobyan da ehtimal edir ki, Ermənistanın hakim sistemi, prezident Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası Bako Sahakyanın hakimiyyət başında qalmasında maraqlıdır.

"Ermənistan rəhbərliyi istəyir ki, Qarabağ üzrə hər hansı bir təklif və qərar olarsa, müxtəlif siyasi spektrli parlament, yaxud ayrı-ayrı şəxslərlə təmasa girməyə, onları dilə tutmağa, razı salmağa ehtiyac olmasın. İstəyirlər işləri bir adamla olsun", - BBC Yerevan müxbirinə Tatul Hakobyan deyib.

Bu barədə daha geniş