Donbas: tərəflər yeni itkilər barədə xəbər verir

Avdevka Fotonun müəllifi AFP
Image caption Hərbi toqquşmalar 29 yanvara keçən gün qızışıb.

Münaqişə tərəfləri Ukrayna şərqində atəşkəsin pozulması nəticəsində yeni insan itkiləri üçün bir-birini günahlandırır. Ukrayna qoşunlarının Donbas əməliyyatı qərargahının məlumatına görə, ötən gecə bir Ukrayna hərbçisi həlak olub. Tanınmamış "Donetsk Xalq Respublikası" (DXR) iki dinc sakinin öldüyünü bildirir.

Ukrayna qoşunlarının Donbas əməliyyatı qərargahı 86 atəş halının qeydə alındığı bildirir. O, 1 hərbçinin öldüyünü və 9 nəfərin yaralandığını xəbər verir.

Məlumata görə, Ukrayna hərbçilərinin mövqeləri bütün təmas xətti boyunca Donetsk, Luhansk və Mariupol istiqamətlərindən atəşə tutulub.

Avdeyevka rayonunda isə tanınmamış DXR silahlı tərəfdarları "Qrad" yaylım atəş sistemindən yüzə yaxın atəş açıblar.

Öz növbəsində, Ukrayna tərəfi Donetsk istiqamətində yaylım atəş sistemindən istifadə etməkdə ittiham edilir.

Fotonun müəllifi AP
Image caption Ukraynalı hərbçi Avdeyevkada mərmi qəlpəsini göstərir

MDR komandanlığı nümayəndəsi Eduard Basurinin sözlərinə görə, top atəşləri, o cümlədən "Qrad" sistemindən, bütün gecə davam edib və "hazırda da arası kəsilməyib", İnterfaks agentliyi bildirir.

"Ötən sutka ərzində iki dinc sakin ölüb, bir nəfər isə yaralanıb", - Basurin deyib.

Donetsk yaxınlığında döyüşlər yanvarın 29-u gecəsi başlanıb və bu günədək davam edir. ATƏT-in məlumatına görə, döyüşlərdə Minsk razılaşmaları ilə qadağan olmuş ağır silahlardan istifadə edilir.

Fotonun müəllifi Getty Images
Image caption Tanınmamış DXR nümayəndəsi atəşkəsin pozulmasında Ukrayna hərbçilərini təqsirləndirirlər.

Bu barədə daha geniş