İran raket və radar sisteminin sınağını keçirir

Fotonun müəllifi AP
Image caption Şənbə günü İran ordusu hərbi təlimləri davam etdirib

ABŞ prezidenti Donald Trump administrasiyasının Tehran üzərinə yeni sanksiyaları elan etməsindən bir gün sonra İran yenidən raket və radar sisteminin sınağının keçirildiyini bəyan edib.

İran İnqilab Keşikçilərinin Hava Kosmik Qüvvələrinin komandanı, deyib ki, ölkəsinin təhlükəsizliyinə hədə yaranarsa İran düşmənlərin başına raket "yağdıracaq".

"Biz gecə-gündüz İranın təhlükəsizliyini müdafiə edirik. Əgər düşmənlərimizdən bir yanlış addım görsək, onda bizim nərə çəkən raketlərimiz onların başlarına yağacaq" - Təsnim xəbər agentliyində briqada generalı Əmir Əli Hacızadənin sözlərindən iqtibas gətilir.

Sanksiyalar

Washington və Tehran arasında gərginliyin artmasına baxmayaraq, ABŞ müdafiə naziri Jim Mattis deyib ki, Yaxın Şərqdə hazırda ABŞ qüvvələrinin sayca artırılması İranın "davranışı" ilə bağlı deyil.

Hərçənd nazir xəbərdarlıq edib ki, İranın fəaliyyətləri diqqətdən kənarda qalmayacaq.

Mattis Washington İran üzərinə ballistik raket proqramı ilə bağlı yeni sanksiyalar qoyulandan bir gün sonra, bazar günü çıxış edib.

O çıxışında İranın "terroru maliyyələşdirdiyinə" dair ittihamları bir daha dilə gətirib.

Ağ Evin sözçüsü Sean Spicer jurnalistlərə verdiyi brifinqdə deyib ki, yeni sanksiyaların mətni hələ Obamanın ofisdə olduğu vaxt hazırlanmışdı.

Bu barədə daha geniş