Türkiyə: "İD" əməliyyatında 448 nəfər saxlanılıb

Adıyaman'da operasyon Fotonun müəllifi DHA

Bazar günü səhər saatlarında Türkiyə boyu həyata keçirilən polis əməliyyatında özünü İslam Dövləti (İD) adlandıran silahlı qruplaşma ilə bağlılığı olan 448 nəfər saxlanılıb, Türkiyənin təhlükəsizlik qurumları bildirib.

Deyilənlərə görə, İD-lə əlaqəli olduqları şübhə altında olan saxlanılanların əksəriyyəti xarici vətəndaşlardır və onlar hazırda silahlı terorist təşkilatına üzv olmaqda ittiham olunurlar.

Ankara, İstanbul, Kocaeli, Bursa, İzmir, Bingöl və Adana daxil olmaqla bazar günü səhər saatlarında keçirilən əməliyyat Türkiyənin 18 ilçəsində baş tutub.

Əməliyyat nəticəsində Şanlıurfada 150, Konyada 75, Ankarada 60, Bursada 46 və İstanbulda 18 nəfərin saxlanıldığı bildirilir.

Bu barədə daha geniş