Türkiyə: 4,5 min dövlət işçisi işdən azad olunub

Recep Tayyip Erdoğan Fotonun müəllifi Getty Images
Image caption ötən ilin İyul ayında uğursuz nəticələnən dövlət çevrilişindn sonra Erdoğanın şəxsi göstərişiylə on minlərlə insan həbs olunub.

Türkiyə rəhbərliyi ötən ilin iyul ayında baş verən dövlət çevrilişiylə bağlı apardığı "təmizləmə işləri" nəticəsində daha 4,5 min dövlət işçisini işdən azad edib.

Məlumata görə, işdən azad olunan 4464 nəfərdən 2585-i Təhsil Nazirliyinin, 893 nəfər jandarmanın, 88 nəfər isə TRT ictimai kanalının əməkdaşlarıdır.

Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra ölkə prezidenti Recep Tayyip Erdoğan hadisələrdə əsas rəqibi olan Fethullah Güleni ittiham edib.

ABŞ-da yaşayan Fetullah Gülen isə qətiyyətlə ittihamları rədd edir. Buna baxmayaraq , Güleni terror təşkilatının lideri adlandıran Türkiyə hökuməti onun ekstradasiya edilməsini tələb edir.

Dövlət çevrilişinə cəhddən sonra ölkə rəhbərliyi tərəfindən 41 min insan həbs edilib, 100 minə yaxın insan işdən azad olunub.

Onların hamısı Fethullah Gülenlə əlaqədə ittiham olunurlar. İttiham olunanlar arasında müəllimlər, polislər, hakimlər və jurnalistlər də var.

Bu barədə daha geniş