İran qaçaqmalçıları BBC müxbirinə nə danışdı
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İran qaçaqmalçıları BBC müxbirinə nə danışdı?

Qaçaqmalçılıq dünya qədər qədimdir. Lakin müasir İranda bu işlə məşğul olanlar həyatlarının getdikcə çətinləşdiyini deyir.

Ötən il ərzində 100-dən artıq qaçaqmalçı sərhədçilər tərəfindən öldürülüb, kürd insan hüquq müdafiəçiləri bildirir.

BBC Fars Xidmətindən Jiyar Gol qaçaqmalçılarla görüşərək onların hekayətlərini dinləyib.