Donetsk: “Somali” batalyonunun komandirini qətlə yetiriblər

Qavi Fotonun müəllifi Valery Sharifulin/TASS

Donetsk separatçıları batalyonunun komandiri, Qivi ləqəbi ilə tanınan Mixayil Tolstıx "terror hücumu" nəticəsində öldürülüb. Xəbəri, qondarma "Donetsk Xalq Respublikası" yayıb.

"Terror aktı bu gün Moskva vaxtı ilə 06:12 baş tutub və nəticədə DXR-ın qəhrəmanı, "Somali" batalyonunun komandiri, "Qivi" adı ilə bilinən polkovnik Mixayil Tolstıx dünyasını dəyişib," DXR hərbi komandirliyinin nümayəndəsi bildirib.

DXR-in nümayəndəsinin sonradan dəqiqləşdirdiyinə görə, sahə komandirinə, odlu silahdan atəş açılıb.

İlkin məlumatlara görə, Qivi, reaktiv alov atıcı silah, "Bumblebee"-dən açılan atəş nəticəsində ölüb.

Rusiya KİV-i bildirib ki, Qivi, Donetsk ətrafında yerləşən şəxsi kabinetində qətlə yetirilib.

Son iki il ərzində Donbasda silahli qüvvələrin bir sıra görkəmli komandirləri öldürülüb. Onlardan heç biri Ukrayna hərbçiləri ilə gedən döyüşlərdə dünyasını dəyişməyib.

Bənzəri ölüm hadisəsi, Donetskdə 2016-cı ilin oktyabrında baş tutub. Motorola ləqəbli "Sparta" batalyonunun komandiri, əslən rusiyalı Arsen Pavlov evinin liftinə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.

  • 2015-ci il yanvarın əvvəli. Batman ləqəbli Luhansk Xalq Respublikasının (LXR) müdafiə naziri Aleksandr Bednov qətlə yetirilib. LXR hakimiyyət orqanları o zaman Bednovu və onun adamlarını, soyğunçuluq, adam oğurluğu və işgəncədə günahlandırıb.
  • 2015-ci il yanvarın sonu. "Kazak qvardiyası" adlı qvardiyanın sahə komandirlərindən biri Yevgeniy İşenko qətlə yetirilib. LXR hakimiyyət orqanları bildiriblər ki, Kazak, Ukrayna təxribat və kəşfiyyat qrupları tərəfindən öldürülüb.
  • 2015-ci il may ayı. Alçevska rayonunda "Kabus" briqadasının komandiri Aleksey Mozqovoy qətlə yetirilib. Onun avtomobili, LXR silahlı qüvvələri tərəfindən nəzarət edilən ərazidə partlayıb. Luhansk, Mozqovoy-un qətlində Ukrayna hərbçilərini günahlandırıb.
  • 2015-ci il dekabr ayı. Kazak atamanı Pavel Dremov qətlə yetirilib. Onun maşını da Mozqovoy-un avtomobili kimi, öz silahdaşları tərəfindən nəzarət edilən yolda partladılıb.
  • 2016-cı il sentyabr ayı. Moskvada, rusiyapərəst və Xarkovda yerləşən təşkilat olan "İstehkam"ın lideri Yevgeniy Jilin qətlə yetirilib. Rusiya İstintaq Komitəsi bildirib ki, qətlin əsas səbəbi, qurbanın kommersiya fəaliyyəti ilə bağlı olub.
  • 2016-cı il oktyabr ayı. Sahə komandiri və Baqqi ləqəbli Armen Baqiryan və tabeliyində olan bir neçə hərbçi, Luhansk əyalətinin Slavyanoserbsk kəndində güllələnib.
  • 2016-cə il oktyabr ayı. "Sparta" qrup komandiri, Motorola ləqəbi ilə tanınan Arsen Pavlov, cangüdəni ilə birgə Donetskdə yerləşən evinin liftinin partladılması ilə həlak olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş