Aleksey Navalnı: Rusiya müxalifətinin lideri ‘günahkar bilinib’

Cənab Navalnı, ittihamları siyasi motivli sayır Fotonun müəllifi Reuters
Image caption Cənab Navalnı, ittihamları siyasi motivli sayır

Rusiyanın əsas müxalif lideri Aleksey Navalnı, yerli medianın bildirdiyinə görə, başqasının əmlakını mənimsəmədə günahkar bilinib.

Hakim hələ də Kirov şəhərində hökmü oxuduğu halda, xəbər agentlikləri onun çıxışında Cənab Navalnının məhkum olunacağından əmindirlər. Hətta, şərti cəza belə, onun gələn ilki prezident seçkilərində iştirakına mane olacaq.

Prezident Vladimir Putinin sərt tənqidçisi Cənab Navalnı, ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Avropa İnsan Haqları Məhkəməsinin göstərişinə əsasən, hökmə yenidən baxıldığı üçün hökmün oxunması bir neçə saat çəkə bilər.

Prokurorlar hakimdən, Cənab Navalnıya beş il şərti cəza kəsməyi istəyiblər.

O kimdir?

40 yaşlı Cənab Navalnı, Kremlin yüksək vəzifəli rəsmilərini hədəfləyən korrupsiyaya qarşı kampaniyası ilə tanınır. Özünə qarşı açılan cinayəti, onu siyasətdən uzaq tutmaq cəhdi kimi qiymətləndirib.

Bu yaxınlarda o, siyasi fəaliyyəti üçün yeni addım olaraq, 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.

Cənab Putin konstitusiyaya əsasən ikinci dəfə altı illik müddətə prezident seçilə bilər. Amma, o, hələ ki, namizədliyini açıqlamayıb.

Cənab Navalnıın siyasətçi kimi məşhurluğu 2008-ci ilə təsadüf edir. O, Rusiyanın dövlət nəzarətində olan böyük korporasiyalarda olduğu iddia edilən qanunsuzluq və korrupsiyaya qarşı bloq yazmaqla, bu işə başlayıb.

O, prezidentin Vahid Rusiya partiyasını "yalançı və oğruların partiyası" kimi təsvir edib.

O, 2013-cü ildə Moskva meri kimi namizəd olur və bir çoxu üçün təəccüblü olsa da, səslərin dörddə birindən çoxunu qazanır.

İttihamlar nədir?

İlk məhkəməsində Navalnı, Kirov qubernatoru Nikita Belixin məsləhətçisi işlədiyi müddətdə Kirovles dövlət taxta şirkətindən 16 milyon rubl məbləğində (500.000 dollar) taxta oğurluğu edən qrupa başçılıq etməkdə ittiham olunub.

Həmin vaxt ona, beş illik şərti cəza verilib. Lakin, hökm, Rusiya Ali Məhkəməsi tərəfindən ləğv olunub. Buna səbəb isə, Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə ilk məhkəməsində ədalətli dinləmə aparılmadığı göstərilib.

Fotonun müəllifi AP
Image caption Cənab Navalnıy Kirov məhkəməsindəki hökmü zamanı

Hökmün əvvəlində hakim Aleksey Vtyurin deyib ki, məhkəmə, Cənab Navalnının taxta şirkətindən oğurluğun "təşkilində" günahkar olduğuna inanır.

Rusiya qanunlarına əsasən, ciddi cinayət törətdikdə ona, 10 il hakim orqanlarda çalışmaq qadağan ediləcək.

Reaksiya necə olub?

Cənab Navalnı fasilə zamanı jurnalistlərə bildirib ki, hakimin çıxışı ilk məhkəmənin eynisini təşkil edib.

"Hələ ki, keçmiş qərar ilə indiki qərar, vergüllər, yazı səhvləri və hətta, təqdim olunan rəylər də daxil olmaqla, 100% eynidir. Hamısı köhnə hökmdən götürülüb."

"Bu əladır və məhkəmə ilə bağlı çox şeyi ifşa edir," o zarafatla deyib.

Cənab Navlanının prezidentliyə namizədlik yarışında iştirak etməməsinin seçki legitimliyinə təsir edib-etməyəcəyi sualına, Kremlin sözçüsü Dmitri Peskov belə cavab verib: "Biz, bununla bağlı bütün şübhələrin əsassız olduğuna inanırıq."

Əlaqəli mövzular